Qubad İbadoğlu: “Seçilsəm, Müsavat xaricdən maliyyələşməyəcək”
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu: “Seçilsəm, Müsavat xaricdən maliyyələşməyəcək”

“Bu gündən etibarən İqtisadi Tədqiqatlar Mərkəzi, Mədən sənayesində şəffaflığın artırılması Koalisiyası, Milli Büdcə qrupu, Azərbaycan Düşüncə Mərkəzindəki fəaliyyətimi dayandırıram”.


Publika.az xəbər verir ki, bu barədə Müsavat başqanlığına namizədliyini irəli sürən Qubad İbadoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.


Q. İbadoğlu İsa Qəmbərə xüsusi status verilməsi barədə təklifə münasibətini bildirib. O, İsa Qəmbərə xüsusi status verilməsinin tərəfdarı deyil: “Mən bildiyim qədər İsa Qəmbərin özü də bunu istəmir. Əgər qurultayda belə bir təşəbbüs qaldırılsa, müdafiə edəcəyik”.


O əlavə edib ki, başqan seçilərsə, Müsavatda Düşüncə Mərkəzi yaradacaq.

Başqanlığa namizəd seçiləcəyi təqdirdə partiyanın maliyyələşməsi barədə öz fikrini açıqlayıb. Bildirib ki, heç bir halda Müsavat xaricdən maliyyələşməyəcək: “Buna qanun da imkan vermir. Partiya indiyə qədər üzvlük haqqı hesabına maliyyələşib, bundan sonra da belə olacaq”.


Q. İbadoğlu siyasi fəaliyyətdə gənclərə və qadınlara xüsusi yer verəcəyini bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm