Lalə Şövkət harada “gizlənir”- bir xəbərin izi ilə
Bizi izləyin

Nida.az

Lalə Şövkət harada “gizlənir”- bir xəbərin izi ilə

Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkətin Bakı kəndlərindən birində olduğu xəbəri yayılıb.


Uzun zamandır siyasi aləmdə görünməyən xanım liderin harada olması cəmiyyət üçün də maraqlıdır.


Publika.az Lalə Şövkətin harada olduğunu dəqiqləşdirməyə çalışıb.


ALP sədri Əvəz Temirxan bu barədə ümumiyyətlə danışmaq istəmədiyini deyib.

Lakin partiyaya yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, L. Şövkət hazırda Qubada ata mülkündədir. Yay fəsli başlayandan xanım siyasətçi ata yurduna gedib. Onun Bakıya sentyabrın 15-dən tez gəlməyəcəyi deyilir.

Qeyd edək ki, bir müddət öncə Publika.az-a daxil olan məlumatda deyilirdi ki, L. Şövkət sentyabrdan etibarən siyasi şərhlərlə gündəmə gələcək. Hazırda onun şərhləri ALP-nin istiqamətini müəyyənləşdirmək üçün istifadə olunur. Lalə xanımın daha geniş ictimaiyyət üçün analizlərlə çıxış edəcəyi gözlənilir.


Sosial şəbəkələrdə isə L. Şövkətin yeri ilə bağlı maraqlı iddialar yer alıb. Belə ki, müxalif düşərgənin “Facebook” qruplarından yayılan məlumatlara görə, L. Şövkət Bakının Bilgəh kəndindəki mülkündədir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm