Tural Abbaslı qalib gəldi: Arif Hacılı saxtakarlıqda ittiham olundu - Qalmaqal
Bizi izləyin

Nida.az

Tural Abbaslı qalib gəldi: Arif Hacılı saxtakarlıqda ittiham olundu - Qalmaqal

Müsavat Partiyasının başqanlığa namizədləri arasında reytinq sorğusu keçirilib.


Publika.az xəbər verir ki, sosial şəbəkələrdə keçirilən sorğuda başqanlığa müsavatçı gənclərin namizədi Tural Abbaslı qalib gəlib.

“Müsavat başqanı kim olacaq?” sorğusunun nəticələrinə görə, 561 nəfər facebook istifadəçisi iştirak edib. Onlardan 324-ü Tural Abbaslıya, 196 nəfəri Arif Hacılıya, 34 nəfəri Qubad İbadoğluna, 7 nəfəri isə Səxavət Əlisoya səs verib.

Qeyd edək ki, bu nəticələr sosial şəbəkələrdə namizədlərin tərəfdarları arasında əsl davaya səbəb olub.

Belə ki, Arif Hacılının tərəfdarları Tural Abbaslının tərəfdarlarını saxtakarlıqda ittiham ediblər. Qarşı tərəf isə sorğuda A. Hacılının tərəfdarlarının saxtakarlığına sübut kimi bir neçə foto paylaşıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm