• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

REAL-ın proqramı plagiatdır?- Müxalifət bir-birinə dəydi

  • Nida.az
  • 12 Sentyabr 2014 16:52
  • 415 Baxış
REAL-ın proqramı plagiatdır?- Müxalifət bir-birinə dəydi

REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin “Facebook” sosial şəbəkəsində partiyaların proqram layihəsi barədə irəli sürdüyü fikirlər siyasilər tərəfindən müzakirələrə səbəb olub.


Publika.az xəbər verir ki, Natiq Cəfərli qeyd edib ki, REAL Hərəkatı siyasətə dəyərlər, qırmızı cizgilər, lider ətrafında birləşmə deyil, ictimai fikir liderlərinin ideya və dəyərlər ətrafında birləşməsi konsepsiyasını, yanaşmasını gətirməyə çalışıb: “Uzun illər heç bir siyasi partiyanın etmədiyini etdik - yeni proqram layihəsini ictimaiyyətə təqdim etdik. Çox xoşdur ki, bu gün siyasi səhnədə olan partiyaların hamısı yeni proqram sənədlərini hazırladıqlarının anonsunu verdilər, yəni açdığımız cığırdan irəliləmək istəyirlər və bu, çox yaxşı haldır. Siyasi mübarizə, təkamül üçün təşkilatların xalqın qarşısına boş sözlərlə, şüarlarla deyil, mükəmməl hazırlanmış, detallı proqramlarla çıxması, siyasətin mitinq havasından, “oturmayan ermənidir” yanaşmasından uzaqlaşması çox vacibdir”.

N. Cəfərlinin bu fikrinə Müsavat Məclisinin üzvü Elman Fəttah etiraz edib.

E. Fəttah qeyd edib ki, Müsavat Partiyası yeni proqramla ilk dəfə 1997-ci ildə iki layihə: millətçi və liberal demokratik xətlə çıxış edib: “Liberalları Hikmət Hacızadə, millətçiləri isə Nəsib Nəsibzadə təmsil edirdi. İki il ərzində bu proqram ictimaiyyətdə geniş müzakirə olunub. Sonda liberal demokratik layihə əsas götürülməklə proqram qəbul olunub. O vaxt indiki REAL-çılar aşırma şalvarda gəzirdilər. 2001-2006-cı illərdəki qurultayda proqrama əlavə və dəyişikliklər baş verib. İndi yenidən 3 ildir üzərində işlənilir və qurultayda qəbul olunacaq. Yəni cığır-filan söhbətləri çığır-bağırdan başqa bir şey deyil”.

Müsavatçı REAL-çıları plagiatçılıqda suçlayıb və qeyd edib ki, proqramın bəzi hissələri “copy-paste”dir: “2010-cu ilin dekabr ayından Müsavatın nizamnamə-proqram komissiyası yaradılıb, intensiv işləyib və artıq hazırdır, qurultayda qəbul olunacaq. Bir sənəd hazırlamısınız, oradan-buradan “copy paste”dir. Təqdir etmişik ki, ən azından formalaşmağa çalışırsınız, mütərəqqi hadisədir. İndi qalxıb bizə “cığır açdıq, dalımızca gəlirlər” demək gülməli deyil?”

N. Cəfərli proqramın böyük hissəsinin hüquqşünaslar Erkin Qədirli və Xalid Bağırov tərəfindən yazıldığını deyib: “Sən deyirsən ki, onlar plagiatla məşğuldurlar?” .

REAL-ın icra katibi proqramın qalan hissəsini Cəsur Sümərinli, Azər Qasımlı, Azər Mehdiyev, Rövşən Ağayev, Zöhrab İsmayıl, Rəsul Cəfərovun yazdığını söyləyib: “Bəlkə, İlqar Məmmədov həbsxanadan plagiat edib?”

O, REAL-ın proqramının təhsil hissəsini Altay Göyüşovun yazdığını deyib. Xaliq Bağırov hüquqi reabilitasiya, hüquq islahatları, mədəniyyətin dövlət tənzimləməsi və başqa sahələrdə proqramı yazmış şəxslərlə bu mövzuda debata çıxmağa hazır olduğunu bildirib.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR