Gürcü ekspert: “Bakı və Tiflis təhlükələrə qarşı birləşməlidir”
Bizi izləyin

Nida.az

Gürcü ekspert: “Bakı və Tiflis təhlükələrə qarşı birləşməlidir”

“Gürcüstan baş nazirinin Bakı səfəri ikitərəfli münasibətlərin möhkəmlənməsində xüsusi rol oynayacaq. Azərbaycan bizim strateji partnyorumuzdur. Biz uzun illərdir sıx əməkdaşlıq edirik. Azərbaycan öz enerji məhsulu daşımaq üçün Gürcüstandan dəhliz kimi istifadə edir. Prinsip etibarilə bu səfəri münasibətləri möhkəmləndirməyə hesablanmış addım olaraq qəbul etmək olar”.


Publika.az xəbər verir ki, bu barədə gürcü politoloq İrakli Lekvinadze Gürcüstan baş naziri İrakli Qaribaşvilinin ikigünlük Bakı səfərini şərh edərkən deyib.


Onun sözlərinə görə, Gürcüstanın enerji, xidmət, aqrar sənaye sektorlarına sərmayə qoymaq üçün Azərbaycanda kapital var.


“Hesab edirəm ki, bu səfərdən sonra Azərbaycan Gürcüstanda investisiyalarını artıracaq. Tiflis yeni layihələr irəli sürəcək və Azərbaycan enerjisinin Qərbə daşınması da artacaq”, -deyə gürcü ekspert bildirib.

İ. Lekvinadze səfərin siyasi əhəmiyyətini də şərh edib: “Bu gün bizim regionumuz çox gərgin vəziyyətdədir. Bakı və Tiflis gələcək təhlükələrə qarşı birləşməlidir. Bunun fonunda belə bir səfərin olması vacib idi. Çünki hər iki ölkə gələcəkdə yarana biləcək təhlükələrə qarşı birgə hərəkəti müzakirə edib planlaşdırmalıdır”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm