Ceyms Apaturay: “Uels bəyannaməsi mübahisə doğurmuşdu”
Bizi izləyin

Nida.az

Ceyms Apaturay: “Uels bəyannaməsi mübahisə doğurmuşdu”

NATO Baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Apaturay Uels sammitinin nəticələrini dəyərləndirib.

Publika.az gürcü mediasına istinadən xəbər verir ki, Apaturay bildirib ki, NATO üzvləri yekun bəyannaməyə görə mübahisə ediblər: “Lakin Gürcüstanla bağlı məsələdə mövqelər yekdil oldu. Bütün üzvlər Gürcüstan məsələsində həmrəyliyi ifadə etdilər və əsas fikir bu oldu ki, Gürcüstan blokun üzvü olmalıdır. Bütün bunlar maksimal dərəcədə qısa müddətdə baş verməlidir. Şimali Atlantik İttifaqının üzvləri hesab edirlər ki, gürcü hökumətində bloka üzv olmaq üçün bütün elementlər var. Məlum olduğu kimi, Buxarest bəyannaməsində deyilmişdi ki, Gürcüstan qarşıdakı illərdə ittifaqa üzv qəbul ediləcək. Lakin Uels sammitində qəbul edilən qərar bunu həyata keçirmək istiqamətində daha sürətli və effektiv addımdır”.

Qeyd edək ki, NATO-nun Uels sammitində qəbul edilən yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir.

“NATO Ermənistanın, Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyü və suverenliyinin müdafiəsi ilə bağlı öhdəliklərinə sadiqdir. Mövcud şəraitdə alyans Cənubi Qafqazda və Moldovada münaqişələrin beynəlxalq qanunvericilik əsasında və dinc yolla həllinə yönəlik səyləri dəstəkləməkdə davam edəcək”, - deyə bəyannamədə bildirilir.

Apaturayın açıqlamasından isə məlum olur ki, bu sənədin qəbulu mübahisəli olub. Ehtimal ki, ittifaqın ermənipərəst üzvləri buna qarşı çıxıb. Hansı ki, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Bakı səfərində Qarabağ məsələsini Uelsdə gündəmə gətirəcəyini bildirmişdi. Sammitin gedişində erməni prezident Sərkisyan Alyansın rəhbərliyindən xahiş edərək, Qarabağla bağlı qərarda ehtiyatlı olmağa çağırmışdı.

Görünür, məhz bu məqamlar yekun bəyannamənin qəbulunda mübahisə yaradıb. Lakin nəticə etibarilə Ankara-Bakı cütlüyü sammitdən qalib olaraq çıxdı.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm