Müsavatda “Ad günü” qalmaqalı: kim kimi təbrik etmədi?
Bizi izləyin

Nida.az

Müsavatda “Ad günü” qalmaqalı: kim kimi təbrik etmədi?

Müsavat başqanlığına namizədlər Qubad İbadoğlu ilə Tural Abbaslı bir gün fərqlə doğum gününü qeyd ediblər.

Publika.az xəbər verir ki, sentyabrın 12-si Qubad İbadoğlunun, 13-ü isə Tural Abbaslının ad günüdür.

Başqanlığa digər namizəd Arif Hacılı isə Q. İbadoğlunu təbrik etsə də, Tural Abbaslını təbrik etməyib.


“Hörmətli Qubad bəy, Sizi doğum günü münasibəti ilə təbrik edirəm. Sizə
Azərbaycanın azad və firavan gələcəyi uğrunda fəaliyyətinizd uğurlar arzulayıram”,- deyə A. Hacılı təbrikində bildirib.


Onun T. Abbaslının təbrik etməməsi müzakirələrə səbəb olub. Müsavatçı gənclər A. Hacılını tənqid atəşinə tutublar.


“Müsavat başqanlığına namizəd Arif Hacılı digər namizəd Qubad İbadoğlunu ad günü münasibəti ilə təbrik edib ancaq digər namizəd Tural Abbaslını etməyib. Deyəsən, bu seçkilərdə yaşlı nəsil gənclərdən xilas olmaq istəyir, -deyə Abbaslının tərəfdarlarından biri bildirib.


Qeyd edək ki, Müsavatda A. Hacılı ilə T. Abbaslının münasibətləri kifayət qədər soyuqdur. Bu soyuqluğun əsas mərhələsi Müsavat Gənclər Təşkilatına sədr seçkisi zamanı üzə çıxdı.

Belə ki, ilk seçkidə T. Abbaslının tərəfdarları qalib gəlsə də, nəticələr ləğv olundu. Daha sonra A. Hacılının tərəfdarı hesab olunan Əhliman Abbas sədr seçildi. Abbaslının tərəfdarları iddia edirdilər ki, seçkilər A. Hacılı tərəfindən saxtalaşdırılıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm