Nazir müavini Litva Baş nazirinin müşavirini qəbul edib
Bizi izləyin

Nida.az

Nazir müavini Litva Baş nazirinin müşavirini qəbul edib

Energetika nazirinin müavini Gülməmməd Cavadovun Litva Baş nazirinin müşaviri İrina Urbonaviçutenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Energetika nazirinin müavini Gülməmməd Cavadovun Litva Baş nazirinin müşaviri İrina Urbonaviçutenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Publika.az-ın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığının genişləndirilməsinə böyük önəm verdiyi diqqətə çatdırılıb. Azərbaycanla Litva arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və hörmət prinsipləri üzərində qurulduğu vurğulanıb. Azərbaycan və Litva arasında qarşılıqlı investisiya qoyuluşu üçün böyük imkanların olduğu diqqətə çatdırılıb. İki ölkə arasında indiyədək biznes forumlar, sərgi və işgüzar görüşlərin keçirildiyini qeyd edilib, iş adamları arasında mövcud əlaqələrin genişlənməsinin əlaqələrinin inkişafına müsbət töhfə verəcəyi bildirilib.

Litva Baş nazirinin müşaviri İrina Urbonaviçuten ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rolunu qeyd edib. İrina Urbonaviçuten Butkeviçius Litva iqtisadiyyatı barədə məlumat verərək hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişlənməsinin Litva-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırıb. İrina Urbonaviçuten Butkeviçius iqtisadi əməkdaşlığın inkişafı istiqamətlərini vurğulayıb və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm