AVP Qadınlar Şurası İdarə Heyətinin iclası keçirilib - FOTOLAR
Bizi izləyin

Nida.az

AVP Qadınlar Şurası İdarə Heyətinin iclası keçirilib - FOTOLAR

Bu gün Ana Vətən Partiyasının (AVP) Qadınlar Şurası İdarə Heyətinin iclası keçirilib.

Publika.az-ın məlumatına görə, iclasda təşkilati, 2014-cü ilin IV kvartalının iş planının qəbul olunması, bələdiyyə seçkilərində Ana Vətən Partiyasının qadın üzvlərinin iştirakı və digər məsələlər müzakirə olunub.

Təşkilati məsələyə baxan iclas iştirakçıları Cəbrayıl rayon təşkilatı Qadınlar Şurasının sədri Yeganə Xəlilovanın İdarə Heyətindəki üzvlüyünə xitam verib, Binəqədi rayon Qadınlar Şurasının sədri Mətanət Mövsümovanı isə İdarə Heyətinə üzv qəbul edib.

Gündəlikdə duran ikinci məsələnin ətrafında geniş müzakirə aparan İdarə Heyəti IV kvartalda görüləcək işləri bir daha nəzərdən keçirib və iş planını təsdiq edib.

Geniş diskusiya şəraitində keçən sonuncu məsələ ilə bağlı qərar qəbul olunub ki, partiyanın üzvü olan qadınların bələdiyyə seşkilərində fəal iştirakı təşviq edilsin.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm