Oqtay Əsədovun İrana səfərinin tarixi açıqlanıb
Bizi izləyin

Nida.az

Oqtay Əsədovun İrana səfərinin tarixi açıqlanıb

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov yaxın günlərdə İrana səfəri planlaşdırılır.

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov yaxın günlərdə İrana səfəri planlaşdırılır.

Bu barədə İranın «Fars» xəbər agentliyinə açıqlamasında Azərbaycanın bu ölkədəki səfiri Cavanşir Axundov bildirib.

Azərbaycan parlamentinin spikeri fevralın 14-dən 19-dək Tehranda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament İttifaqının iclasında iştirak edəcək.

Tehranda İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ramazanəli Sübhanifar ilə görüşdə səfir bildirib ki, O. Əsədov səfər çərçivəsində İran parlamentinin sədri Əli Laricani, o cümlədən iranlı millət vəkilləri və rəsmiləri ilə görüşəcək. /Musavat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm