• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanı “Şanxay” təşkilatına üzv etmək istəyirlər- Gizli siyasət

  • Nida.az
  • 15 Sentyabr 2014 12:50
  • 646 Baxış
Azərbaycanı “Şanxay” təşkilatına üzv etmək istəyirlər- Gizli siyasət

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) yarandığı vaxtdan xüsusi bir dinamikası ilı seçilməyib. Bu baxımdan, Düşənbə sammiti də istisna olmadı. Təşkilatından tərkibi də rənagərəngdir. Belə ki, Çin iqtisadi gücə, Rusiya siyasi təsirə malikdir. Özbəkistan və Qazaxıstan nisbətən müstəqilliyə nail olublar, Qırğızıstan və Qazaxıstan “hava üzrə” sərhədlərə malikdir. Lakin bu tərkiblə nəyəsə nail olmaq çətin görünür.

Publika.az xəbər verir ki, Rusiyanın “Nezavismaya qazeta” nəşri ŞƏT-in dişsiz siyasətini şərh edərək Azərbaycanı bu təşkilata üzv olmasına razı salmaq üçün hərəkət keçməyin vacibliyindən yazır.


Nəşr yazır ki, sonuncu sammitdə yeni üzvlərin qəbulunu tənzimləyən sənədlər yenilənmiş formada qəbul edildi. “ŞƏT-ə üzv dövlət statusunun verilməsi nizamanməsi” yeni redaksiyada “ŞƏT üzv dövləti statusunun alınması üçün dövlətin öhdəlikləri haqqında memorandum” olaraq dəyişdirildi.

Yeni üzvlərin qəbulu gələcək illərdə keçiriləcən Ufa sammitində baş tuta bilər. Lakin artıq əvvəlki kimi BMT Təhlükəsizlik Şurasının sanksiyası İranı ŞƏT-ə girməsi üçün hədələmir.


İran prezidenti Həsən Ruhani üçün sammit özlüyündə o qədər də əhəmiyyət kəsb etmirdi. Onun üçün daha əhəmiyyətli Qazaxıstan prezidenti ilə görüş idi. Lakin ŞƏT üzvləri ilə də qarşılıqlı görüşlər keçirdi.

Eyni zamanda, Qərb İranla Rusiya və Çinin münasibətlərində maraqlı deyil. Son proseslər göstərir ki, İranda ABŞ maraqları Rusiya və Çin maraqlarının əhəmiyyətli dərəcədə sıxışdıracaq.


Digər tərəfdən, Düşənbə sammiti ölkələrin münasibətlərinə yenidən aydınlıq gətirmək üçün müstəvi idi. Misal üçün, Özbəkistan prezidenti rusiyalı həmkarı ilə görüşərək prosesləri ayrılıqda müzakirə etdi. Nəzərə alsaq ki, Amerika bazalarının Özbəkistanda yerləşdirilməsi dalana dirənib, bu baxımdan, Daşkənd üçün Rusiya və Çin daha cəzbedici görünür.


Proseslər göstərir ki, yeni üzv Monqolustan ola bilər. Rusiya- Çin qaz kəmərinin tikintisi üçü Monqolustan ərazisi prioritetdir. Düşənbədə bu üçtərəfli olaraq müzakirə olundu.

Ufa sammitində Hindistan və Pakistanın təşkilata qəbulu şübhəlidir. Belə ki, Hindistan öz xarici oriyentasiyasını Qərbə doğru yönəldib. Pakistan ABŞ və Çinin təsir mübarizəsi meydançasıdır. Pakistan-Hindistan, Hindistan-Çin arasındakı münaqişələr də həll edilməmiş qalır.

Sammitdə Əfqanıstan prezidenti Həmid Kərzayinin iştirakı diqqət çəkir. Hansı ki, sammitdən öncə o, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan tranzit-nəqliyyat dəhlizinin yaradılmasının təşəbbüskarlarından biri idi. Bu layihə Xəzər dənizi vasitəsilə Qərbə çıxış deməkdir.

Bunun fonunda beş Xəzər dövlətinin ŞƏT-ə münasibəti maraqlıdır. Qazaxıstan və Rusiya təşkilatın üzvüdür, İran müşahidəçi qismində iştirak edir.

Görünür, hazırda ŞƏT iki Xəzər ölkəsini öz sıralarına cəlb etmək üçün gizli iş aparır. Bu, Azərbaycan və Türkmənistandır. Azərbaycan müşahidəçi statusu almaq istəsə də, həvəssiz görünür. Türkmənistanla işlər daha mürəkkəbdir.

Beş Xəzər dövlətinin üçü- Azərbaycan, Qazaxıstan, Türkmənistan həm də ABŞ-ın məşhur Böyük Yaxın Şərq layihəsinin mürəkkəb şimal sərhədidir.

Amerikanın strateji addımlarından biri İran və Rusiya arasında Xəzərdə bufer zonasının yaradılması dayanır. Hazırda Moskva və Tehran Xəzərdə daha üstün mövqeyə malik olmaq istiqamətində çalışırlar. Bu ABŞ strateji mərkəzlərində ciddi araşdırılır. Ortada ABŞ tərəfindən Xəzər hərbi blokunun yaradılması ideyası da var. Hansı ki, ABŞ strateji planlaşdırma sahəsinin məşhur nümayəndəsi Bjesinizkiy Balkanlardan Kəşmirə qədər qövsün yaradılması ideyasını irəli sürmüşdü.

Sentyabrın 18-də Qazaxıstanın Aktau şəhərində “Xəzərdə beynəlxalq əməkdaşlığın paradiqması” adlı 4-cü beynəlxalq konfrans keçiriləcək. Əsas müzakirə mövzusu hərbi-siyasi təhlükəsizlikdir. Xəzərin qonşuluğunda ŞƏT-in olması, digər tərəfdən Yaxın Şərq konflikti, Ukrayna münaqişəsinin Qafqaz və Qara dəniz regionuna yaxınlığı bu kontekstdə diqqət çəkir.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR