“Əli Əliyev üçtəkərli velosiped sürürdü”
Bizi izləyin

Nida.az

“Əli Əliyev üçtəkərli velosiped sürürdü”

“Ay bədbəxt, Eldəniz Quliyev ssenaristdir. Mənim bir filmə görə aldığım qonorar o vaxt prezidentin birinci katibinin adlığı maaşdan daha çox idi. Mən bahalı maşın sürəndə Əli Əliyev üçtəkərli velosiped sürürdü”.

Bu barədə Milli Şuranın Koordinasiya Şurasının üzvü, “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Publika.Az –a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin ona dilənçi deməyi və ondan benzin pulu aldığını iddia etməsinə münasibət bildirərkən deyib.

E. Quliyev bildirib ki, dilənçi Əli Əliyevdir: “Dilənçi odur ki, həmişə əli açıq, gözü hardansa gələcək konvertə tikib. Hakimiyyətin hansı qoluna bağlı olduğunu da hamı bilir. Bu cür adamın dediyi yalanlara qarşı öz sözümü demişım, həmişə də deyəcəm. Sadəcə təhqirə keçirlər. Mən də məcburi olub bəzən adekvat cavab verim”.
“El” rəsmisi qeyd edib ki, Əli Əliyev ona qarşı kampaniyanı Milli Şura yaranan dövrdən aparır. Onun sözlərinə görə, qarşı tərəf tərbiyəsiz ifadələr işlətməkdən belə çəkinmirlər: “Mən onların səviyyəsinə düşmən istəmirəm. Onların səviyyəsinə düşsəm gərək yerdə uzanam. Onların səviyyəsi belədir. Mən özümə belə bir şeyi müəyyən etmişəm ki, deyilən bütün şeylərə, xüsusilə haqsız olanlara ikiqat cavab verim. Onlar tərbiyəsiz ifadələr işlədərək, ağızlarına gələni danışır, ümumiyyətlə mətbuata, ictimai rəyə çıxarılmayan ifadələr işlədirlər. Özləri bilər, Allahları bilər. Amma Allahlarının olmadığı dəqiqdir. İnancları da yoxdur onların”.

E. Quliyev vurğulayıb ki, o Əli Əliyevə cavab verməklə təkcə özünə qarşı deyil, Milli Şuraya, demokratik düşərgəyə qarşı hücumu dəf edir.“Əli Əliyevin dedikləri eynilə YAP yetkililərinin dedikləri ilə10 faiz üst-üstə düşür. Milli Şura, Eldar Namazov, Rüstəm İbrahimbəyov, Cəmil Həsənli haqqında Siyavuş Novruzovun dediklərini təkrarlayır. Ən pisi isə odur ki, bu adam demokratik düşərgənin demokratiya uğrunda mübarizəsinə badalaq vurmağa iddialıdır. Bunu bacarmayanda başlayır dirsəyini dişləməyə. Ətrafında olan küçə uşaqlarına əmr verir, onlar da tərbiyəsiz sözlərlə hücuma keçirlər”-deyə E. Quliyev bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm