Karl Bildt getdi, Novruz Məmmədov “Goodbye!” dedi
Bizi izləyin

Nida.az

Karl Bildt getdi, Novruz Məmmədov “Goodbye!” dedi

Azərbaycana qarşı sərt tənqidləri ilə gündəmə gələn İsveçin xarici işlər naziri Karl Bildtin təmsil olunduğu partiya parlament seçkilərində məğlub olub.

Publika.az xəbər verir ki, dünən baş tutan seçkilərdə 31.1 faizlə Sosial Demokrat Partiyası lideri Stefan Lofven baş nazir Fredrik Reinfeldtə qalib gəlib.


Beləliklə, 8 ildir hakimiyyətdə olan, sağ blokda yer alan Mötədillər Partiyası seçicilərin cəmi 23,2 faizinin səsini toplamaqla seçkiləri uduzub. Solçular parlamentdə 141 yer qazanıblar.

“The Wall Street Journal” qəzetinin yazdığına görə, İsveçdə hökumət dəyişikliyi Avropa siyasi arenasında kifayət qədər tanınan iki siyasətçinin də postundan getməsi ilə nəticələnəcək. Onlardan biri maliyyə naziri Anders Borq, digəri isə xarici işlər naziri Karl Bildtdir.


İsçevdəki seçkilərin nəticələri Azərbaycanda da maraqla qarşılanıb.
Belə ki, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Tvitter” hesabında K. Bildtin gedişinə özünəməxsus reaksiya verərək “Goodbye, Mr. Carl Bildt, Goodbye!” deyə yazıb.


Qeyd edək ki, dünən də N. Məmmədov “Aftonbladet” qəzetinin İsveçin xarici işlər naziri Karl Bildti korrupsiyada və Saakaşvili hökumətinə lobbiçilikdə ittiham edən sensassion xəbərini “Biz Karl Bildtin keçmiş “xüsusi əlaqələri” və ambisiyaları barədə bilirdik. Buna görə də deyirdik, baxın görün kim bizim haqqımızda fikir formalaşdırır” şərhi ilə hesabında paylaşmışdı.

Qeyd edək ki, Karl Bildt Azərbaycan hökumətinin ünvanına dəfələrlə sərt bəyanatlar səsləndirib, ölkəni avtoritar rejimlə idarə etməkdə ittiham edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm