Rusiyaya qarşı sanksiyalardan Bakı qazanacaq - Ekspert
Bizi izləyin

Nida.az

Rusiyaya qarşı sanksiyalardan Bakı qazanacaq - Ekspert

Rusiyaya qarşı sanksiyalar dünya bazarında neftin qiymətinə təsir edəcək.


Publika.az xəbər verir ki, qərb ekspertləri bu haqda həyəcan siqnalı veriblər.


Qeyd edək ki, Azərbaycanın əsas məhsulunun neft olduğunu nəzərə alsaq, o zaman bu qiymət dəyişikliyi bizə də təsir göstərə bilər.


Misal üçün, BP-nin direktorlar şurasının sabiq sədri Toni Heyvord hesab edir ki, Moskvaya qarşı ABŞ və Avropa Birliyinin sanksiyaları təhlükəni əks istiqamətə yönəldəcək: “Çünki dünya bazarında neftin qiymətinin artması Qərb üçün də əsas təhlükədir”.


Lakin Rusiya ekspertləri bunun əksini düşünür.


Dövlət Dumasının energetika komitəsinin sədri İvan Qraçov hesab edir ki, Rusiya Avropa və dünya bazarında əsas oyunçudur və bu sanksiyalar ona təsir etmir: “Çünki bu sanksiyalar mövcud layihəyə şamil edilmir. Bizdə mövcud layihələr kifayət edir ki, enerji artımı sabit olaraq saxlanılsın. Ən yaxın tarixdə mən Rusiyanın iqtisadi faciəsini görmürəm”.

Bəzi ekspertlər neft qiymətində dəyişiklik olacağı halda Azərbaycana da təsir edəcəyini düşünür.


Enerji məsələləri üzrə ekspert Rüstəm Məmmədov isə bu təsiri müsbət qimyətləndirir. Onun sözlərinə görə, əgər dünya bazarında neftin qiyməti artsa, Bakı daha çox qazanacaq.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm