Rüstəm İbrahimbəyov özünü Don Kixot adlandırdı
Bizi izləyin

Nida.az

Rüstəm İbrahimbəyov özünü Don Kixot adlandırdı

Seçkidə iştirakını Don Kixotun mübarizəsinə bənzədən R. İbrahimbəyov qeyd edib ki, nə qədər mübarizə aparsa mövcud iqtidarı dəyişdirə bilməyəcəyini əvvəldən başa düşürmüş

“Azərbaycanda prezident seçkilərində iştirak etməyim “yel dəyirmanı” ilə mübarizə aparmağım kimi bir şey idi. Hansı ki, mən bu mübarizədən yayınmağı bacarmadım”.

Publika.Az xəbər verir ki, bu barədə Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov Rusiyanın “Moskovski komsomolets” qəzetinə müsahibəsində deyib. Seçkidə iştirakını Don Kixotun mübarizəsinə bənzədən R. İbrahimbəyov qeyd edib ki, nə qədər mübarizə aparsa mövcud iqtidarı dəyişdirə bilməyəcəyini əvvəldən başa düşürmüş: “Mən həyatımın qalanını mənim üçün daha vacib olan işlərə sərf etmək istəyirdim. Siyasətlə isə ümumiyyətlə, məşğul olmaq fikrim yox idi. Lakin həyat elə şeydir ki, istəyindən asılı olmayaraq “yel dəyirmanları” hər kəsin qarşısına çıxır”.

R. İbrahimbəyov bildirib ki, Azərbaycanda baş verən bir sıra məsələlərlə bağlı məqalələrlə çıxış edib və ona qarşı münasibət dəyişib, onu düşmən elan ediblər. Nəticədə özünü “yel dəyirmanı” ilə mübarizə aparanların önündə görüb.“Seçki kampaniyasından isə kənarda qaldım. Bu, texniki səbəblərə görə idi, çünki mənim Rusiya pasportum da var idi”-deyə bildirən R. İbrahimbəyov təəssüflənmədiyini, həyatında hələ də davam edən nəticələrə səbəb olan dönüş edə bildiyini vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm