İŞİD əmiri: “Biz cihadı Qafqaza gətirəcəyik”
Bizi izləyin

Nida.az

İŞİD əmiri: “Biz cihadı Qafqaza gətirəcəyik”

İŞİD tərkibində döyüşən Qafqaz əmirliyinin əmiri Müslüm Şişani təşkilata yaxın saytlara müsahibəsində apardıqları cihad və bir gün bunun Qafqazda da baş verməsi perspektivlərindən danışır.


Publika.az xəbər verir ki, Şişani vaxtilə çeçenlərin apardıqları cihadın zəifləmə səbəblərini izah edir: “Qafqazda cihad ona görə zəiflədi ki, maliyyə problemləri yarandı, həmçinin Şamil Basayev, Dokku Umarov kimi liderlər şəhid oldu. Mən Çeçenistanda iki il yarım həbsdə qaldım. Allahın köməyi ilə qaçdım və qardaşlara qoşulmaq istədim. Bu, qışda baş vermişdi, qardaşlar dedilər ki, mən baharı gözləməliyəm. Biz Qafqazda çox mübarizə apardıq. Əvvəlcə Şamil Basayev şəhid oldu, daha sonra Dokku Umarov. Bizim çoxumuz cihad ardınca Suriyaya gəldik. Bu gün burda Qafqaz əmirliyi altında Allahın cihadını aparırıq”.

Şişani Qafqaz müsəlmanlarına söz verir və bildirir ki, onları unutmayıblar.

“Biz bütün Qafqazın müsəlman qardaşlarına deyirik ki, səbirli olun. Biz cihadı Qafqaza gətirəcəyik və buna qədər yaşayacağıq. Ümid edirik ki, qafqazlılar gözləyəcək, Allahın yolundan dönməyəcək. Çünki bizlər SSRİ kimi imperiyanı çökdürmüş xalqlarıq. Biz ayrı-ayrı xalqlar olsaq da, məqsədimiz eynidir. Biz sizinlə maraqlanırıq və sizə kömək etməyin yollarını axtarırıq.

Mən Qafqazda bütün qardaşlara demək istəyirəm ki, onlar düşünməsinlər ki, biz onları unutduq. İnşallah biz Qafqazda da cihada kömək edəcəyik. Çünki bir heç vaxt Qafqazı unutmadıq. İnanırıq ki, Allah Qafqazda kafirlərlə mübarizə aparmaq üçün bizə şans verəcək. Biz burda həm də təcrübə toplayırıq. Bu, sadəcə, silahlı qüvvələrin formalaşması deyil, həm də cihad hissi ilə ülviləşməkdir. Siz bilin ki, biz Qafqazda cihadı bərpa etmək üçün yeni qüvvələrə malik olandan sonra, bu gün dünyada baş verənlər olmayacaq. Biz sizdən xahiş edirik ki, gözləyin, o an üçün yaşayın. Öz qohumlarınızı, ətrafınızı gücləndirin. Biz də sizlərə kömək etməkdən şad olacağıq”, - deyə Qafqaz əmiri bildirir.

Daha sonra o, Qafqaz əmirliyində təkcə çeçenlərin olmadığını deyir. Bildirir ki, əmirliyin tərkibində Rusiyanın müxtəlif yerlərindən, Cənubi Qafqazdan olan qardaşlar var. Lakin o, konkret hansısa millətin adını çəkmir.

“Millətindən asılı olmayaraq, Allahın dini uğrunda döyüşən, şəhid olan hər kəs qardaşdır”, - deyə bildirir.

Qeyd edək ki, Qafqaz əmirliyində azərbaycanlıların da olduğu məlumdur. Belə ki, İŞİD tərkibində döyüşən azərbaycanlılar Suriyada ayrıca camaat halında formalaşıblar, lakin İraqda onlar Qafqaz əmirliyinə tabedirlər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm