“Onlar "ölkəni necə idarə etmək olmaz" etalonudur”- Rəsul Quliyev AXC haqda anons verdi
Bizi izləyin

Nida.az

“Onlar "ölkəni necə idarə etmək olmaz" etalonudur”- Rəsul Quliyev AXC haqda anons verdi

Eks-spiker Rəsul Quliyev Xalq Cəbhəsinin süqutu ilə bağlı məqalələr yazmağa hazırlaşır.

Publika.az xəbər verir ki, eks-spiker “facebook” səhifəsində bu barədə bildirib ki, son vaxtlar 1993-cü ilin iyununda Xalq Cəbhəsi hökumətinin süqutu ilə əlaqədar heç bir analizə söykənməyən müxtəlif yazılara rast gəlirəm: “Xalqın gələcək həyatının formalaşmasının keçmişin, başqa sözlə, buraxılmış səhvlərin dərin analiz və ondan nəticə çıxarılmasından keçdiyinə əmin olduğum üçün həmin illərin obyektiv analizini verməyə çalışacağam.

Sözsüz, 1993-cü ilin iyun krizi 1985-ci ildən Sovet İttifaqında başlanmış Qorbaçov perestroykasının müxtəlif mərhələləri ilə əlaqədardır və bu süqutun fundamentini bu illərdə baş vermiş hadisələrin kontekstində axtarmaq lazımdır. Xalq Cəbhəsi hökuməti hələ yaranmadığı 1991-ci ilin axırından süquta məhkum idi. Bu süqutun yaradıcıları, sözsüz ki, Xalq Cəbhəsi hökumətinin liderləri idi. Onların birillik hakimiyyəti necə ölkəni idarə etmək olmaz etalonu sayıla bilər.

Bu haqda silsilə yazılarım gedəcək, xahiş edirəm, diqqətlə oxuyub müzakirələrə qoşulasınız”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm