Nida.az
Azərbaycan müxalifətinin Mark Zuckerberglə hansı əlaqələri var?- Şok Araşdırma
Azərbaycan müxalifətinin bir vaxtlar meydanda olan mübarizəsi zaman-zaman fərqli müstəviyə keçdi. Söhbət loyallaşmaqdan, dünya siyasətində sınaqdan keçmiş kompromisli gedişlərdən getmir, söhbət tamam fərqli, cəzbediciliyi ilə yanaşı, siyasəti ara söhbətinə qədər gətirib çıxardan virtual aləmdən gedir.
Bu gün istənilən partiyanın sosial şəbəkələrdə aktivliyi nəzərə
çarpır. Hansı ki, bu ilk baxışdan təqdirəlayiqdir. Çünki insanlarla
ünsiyyəti zaman və məkan çərçivəsindən çıxardan virtual aləm siyasi
təbliğat üçün əvəzedilməz məkandır. Təsadüfi deyil ki, qərbli
siyasətçilər insanlara virtual aləm üzərindən lazımi formada təsir
edərək qalibiyyətlərini qeyd edirlər.
Lakin Azərbaycan müxalifəti virtual aləmə bir qədər fərqli
profildən baxır.
Publika.az müxalifətin sosial şəbəkələrdəki fəaliyyətini
araşdırıb.
Müxalifətin bu aləmə qədəm basması daha çox “ərəb inqilabları”
ərəfəsində baş verdi. Buna səbəbsə, ərəblərin ayağa qalxmasında bu
şəbəkələrin rolunun olması idi. Elə o zamandan müxalifət sosial
şəbəkələrdə aktivləşməyə başladı. Çünki hazırda istifadəçilərinin
yüksək faizini gənclər təşkil edən sosial şəbəkələrin insanlar
arasında ünsiyyət vasitəsi rolunu oynaması ilə yanaşı, siyasi
proseslərə təsir, istifadəçilərin müəyyən istiqamətdə
yönləndirilməsi funksiyasını da daşıdığı ortadadır. Bu fikri ərəb
ölkələrində baş verənlər bir az da qüvvətləndirdi.
Ərəb inqilabları Azərbaycana gəlmədi, amma statuslara alışmış
müxalifət də bu şəbəkələrdən çıxmadı, ya da çıxa bilmədi.
Virtual aləm siyasi partiyalar üçün ara söhbətindən tutmuş, bəyanatların səsləndirildiyi yerə qədər mübarizə meydanı oldu. İnsafən, nadir hallarda olsa da, bəzi siyasilər sosial şəbəkələrdən düzgün profildə istifadə edir, amma bu da nadir hallarda baş verən haldır. Yerdə qalan əksəriyyət isə təhqir (istər hökumətə, istərsə siyasi partiyalara qarşı), dezinformasiyalar, həmçinin söyüş dolu cümlələrdir.
Bu baxımdan, müxalifətin sosial şəbəkə fəaliyyətini üç kateqoriyaya
bölmək olar.
Birincisi...
“Şok” və “sensasion” statuslarsa əsasən hökumətlə bağlı olan
statuslardır. Buna daha çox “asıb-kəsmə” statusları da demək olar.
Hədəfə alınan iqtidar bu statuslarda təhdid edilir ki, ən çox
işlədilən söz isə, “sonuna az qalıb” ifadəsidir. Amma bunu yazanlar
dağıtmaq istədiklərinin yerinə nəyi quracaqları ilə bağlı heç vaxt
yazmırlar. Hər halda, rast gəlinməyib. Burada diqqəti cəlb edən bu
tipli statuslara yazılan şərhlərdir. Bu şərhlərin heç birində əks
fikirə rast gəlinmir. Əgər kimsə əks fikir yazarsa, dərhal bütün
şərhçilər onun üstünə düşərək, satılmış, xain, hətta vətən xaini
çıxarırlar. Belə statuslar ətrafında baş verən hücumlar, adətən, bu
ifadələrlə müşahidə olunur: “nə qədər almısan “iqtidara
işləyirsən?”
Bu statuslarda və ona yazılan şərhlərdə iqtidara qarşı da kifayət
qədər təhqirlər yağdırılır, bunun etik qaydalara və qanuna nə qədər
zidd olmasına baxmayaraq.
İkincisi....
Təbliğat. Bura anti-təbliğatı da əlavə etmək olar. Təbliğatın “anti” forması isə yuxarıda dediyimiz kimi, hökumətə qarşı aparılır. “Antisiz” təbliğatsa hər bir partiya tərəfindən öz gücünü göstərmək üçün istifadə olunur. Misal üçün, kimin güclü olması haqda sorğular keçirir, sorğunu keçirən partiya özünü qalib elan edir və bunu yüksək səviyyədə tirajlayır. Burdansa üçüncü kateqoriya yaranır. Yəni təhqir və söyüş.
Bu, adətən, belə baş verir: müxalifət düşərgəsi hər hansı məsələni
müzakirə edir və məsələ ətrafında müəyyən polemikalarda qarşılıqlı
ittihamlar da səslənir. Həmin axşam sosial şəbəkələrdə eyni məsələ
müzakirəyə çıxarılır və artıq heç bir sərhəd gözləmədən gen-boluna
söyüşlər, təhqirlərlə bəzədilmiş şərhlər yazılır. Bəzən içlərindən
biri çıxıb da, hamını ədəbli olmağa dəvət etsə, ona verilən cavab
“bəy, sən bir dəqiqə gözlə” olur və yenidən başlanır. Sonda hansı
nəticənin əldə edildiyi məlum olmasa da, hər halda, tərəflər
ürəklərini boşalda bilirlər.
Yəni kifayət qədər “kaloritli” söyüşləri izləmək mümkündür.
Müxalifətin sosial şəbəkələrə meylinin çox olmasına səbəblərdən
biri də, burda kimi istəsən söyməyə imkanın olmasıdır və buna görə
kimsə kimsəyə “gözün üstə qaşın” var demir.
Politoloq Qabil Hüseynli Publika.az-a
açıqlamasında bildirir ki, siyasilərin virtual aləmə axışmasının
bir neçə səbəbi var: “Birincisi, burda təbliğatın qurulması asan və
maliyyə tələb etmir. İkincisi, burda yazılanlara görə məsuliyyət
daşımırlar. Bundan başqa, virtual aləmə üstünlük vermək, real
aləmdə zəifləməyin əlamətidir. Vaxtilə müxalifət, heç olmasa,
mediada daha aktiv idi. İndi isə hər şeyi virtual aləmə transfer
ediblər. Bu, internetin üstünlüyü baxımından yaxşı olsa da, siyasi
cılızlaşma gedir ki, olduqca mənfi tendensiyadır”.
Asif Nərimanlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!