Nida.az
Arif Hacılının komandası niyə Qubad İbadoğlunu dəstəkləyir?- Pərdəarxası
“Müsavatçıların dəstəyi ilə 14 gündən sonra Qubad bəy Müsavat
başqanı olacaq”.
Publika.az xəbər verir ki, bu açıqlama ilə Müsavat
Gənclər Təşkilatının sədri Əhliman Abbaslı çıxış edib.
Ardınca o bildirir ki, “Müsavatı yenidən iqtidar etmək üçün
apardığımız mübarizəyə qaldığımız yerdən tam təşəkkül davam
edəcəyik”.
Əhliman Abbas Müsavat Gənclər Təşkilatına qalmaqallı seçkilərlə
sədr seçildi. Hansı ki, ondan qabaq Tural Abbaslıya yaxın gəncliyin
namizədi seçilmişdi. Lakin həmin seçkilər ləğv olundu və yenidən
keçirilən seçkilərdə Ə. Abbas qalib gəldi.
Həmin vaxt əsas ittihamlar Arif Hacılıya qarşı idi. Belə ki, iddialara görə, Ə. Abbas A. Hacılının adamıdır və onun sədr seçilməsini birbaşa o təşkil edib.
Hətta həmin ərəfədə A. Hacılıya qarşı təhqirə yol verdiyinə görə
partiyadan xaric olunan müsavatçı gənc Samir Poladov Publika.az-a
seçkilərlə bağlı şok açıqlamalar vermişdi. Onun iddialarına görə,
seçki A. Hacılı tərəfindən Ə. Abbasın xeyrinə saxtalaşdırılıb.
“Seçki vaxtı 100-dən artıq gənc bir həftə-10 gün ərzində partiyaya
üzv oldu və Əhliman bəyə səs verdilər. Seçkidən sonra həmin
şəxslərin heç biri nə partiyada, nə də hansısa iclasda iştirak
etmir. Bu iki mənanı verir. Ya kimisə pul verib tapıb gətiriblər
ki, “Bura bir imza at pulunu al get”, ya da birbaşa kiməsə, başqa
bir adama işləyirlər və partiyanı dağıtmağa çalışırlar. Hansı güclü
versiyadır, onu aqil insanlar analiz edərlər”, -deyə o
bildirmişdi.
Faktiki olaraq bu gün də partiya daxilində A. Hacılının adamı kimi
tanınan Ə. Abbasın və onun rəhbərlik etdiyi gənclər qrupunun başqan
seçkilərində Qubad İbadoğlunu dəstəkləməsi diqqət çəkəndir. Hansı
ki, Müsavat GT-nin bütünlüklə A. Hacılıya tabe olduğu deyilir. Bir
neçə ay öncə T. Abbaslının tərəfdarı olan 8 gəncin təşkilatdan
uzaqlaşdırılması da bununla bağlı idi.
Burdan bir neçə ehtimal ortaya çıxır.
1. GT Arif Hacılının tövsiyəsi ilə Qubad İbadoğlunu dəstəkləyir.
Bununla da təşkilatın A. Hacılıya bağlı olması haqqında deyilənləri
üzərindən atır.
2. Bu çaşdırıcı oyun da ola bilər. Hansı ki, A. Hacılı tərəfindən
qurulub. Belə ki, Q. İbadoğlu GT-nin onu dəstəklədiyini düşünür və
gənclər üzərində təbliğat aparmağı arxa plana keçirir. Seçkiyə bir
neçə gün qalmış GT namizədini dəyişdirir və A. Hacılıya dəstək
verir.
3. Yaxud vaxtilə A. Hacılının sədrliyə gətirdiyi, dəstək verdiyi
gənclər komandası ona arxa çevirib. Bu bir qədər inandırıcı
görünməsə də istisna deyil.
Bu aradan Q. İbadoğlunun Müsavat GT ilə bağlı açıqlaması da diqqət
çəkir.
“Gənclik hər zaman Müsavatın aparıcı qüvvəsi olmuşdur. Gəncliyə
xitab, onu öz sıralarında daha fəal görmək arzusu Müsavat
liderlərinin çıxış və məqalələrində önəmli yer tutur. Məhəmməd Əmin
Rəsulzadə 1914-cü ildə yazdığı “Milli Dirilik” məqaləsinin sonunda
üzünü gənclərə tutub deyirdi: “Ey millətin istiqbalını təmin edəcək
Türk gəncliyi hardasan?”.
Bu gün gənclərlə keçirilən görüşdə mən bir daha bu qənaətə
gəldim ki, hazırkı Müsavat gəncliyi məhz həmin mübariz gəncliyin
xələfidir”, deyə gənclərə xoş sözlər deyir.
İndi A. Hacılının gənclər komandasının İbadoğlunu dəstəkləməsinin
pərdə arxasındakı məqamlar yəqin ki, qurultay yaxınlaşdıqca ortaya
çıxacaq.
Asif Nərimanlı
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO