• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Dağlıq Qarabağa səfər statistikası açıqlandı

  • Nida.az
  • 5 Fevral 2014 11:31
  • 571 Baxış
Dağlıq Qarabağa səfər statistikası açıqlandı

Azərbaycan torpaqlarında silahlı təcavüz, soyqırımı, etnik təmizləmə hesabına qurulmuş işğalçı Dağlıq Qarabağ rejimi 2013-cü ildə bölgəyə nə qədər adamın səfər etdiyini açıqlayıb. “Media forum” saytı xəbər verir ki, rəsmi rəqəmlərə görə, Azərbaycanın bütün cənub-qərb bölgəsinə nəzarət edən rejimə ötən il 16 min 317 adam səfər edib. Bunların 9971-i MDB məkanı ölkələrinin, 6346-sı digər ölkələrin vətəndaşı olub.

Ayrı-ayrı ölkələrə gəlincə, ilk üçlükdə Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vətəndaşları gəlir. Ötən il Dağlıq Qarabağa Rusiyanın 8927, ABŞ-ın 1252, Fransanın 673 vətəndaşı gedib.İşğalçı rejimin əsarətində olan Azərbaycan torpaqlarına qanunsuz səfər edənlər arasında İranın 560, Ukraynanın 452, Almaniyanın 405, Polşanın 338, Livanın 291, Türkmənistanın 264, İtaliyanın 197 vətəndaşı yer alıb.

Ötən il Dağlıq Qarabağa səfər edənlərin sayı 2012-ci illə müqayisədə 805 nəfər artıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR