“Nezavisimaya qazeta”: “Moskva Bakını əsas partnyoru etməlidir”
Bizi izləyin

Nida.az

“Nezavisimaya qazeta”: “Moskva Bakını əsas partnyoru etməlidir”

Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, bu, Moskva ilə mehriban münasibətlərdən imtina etmək demək deyil.

Publika.az xəbər verir ki, Rusiyanın nüfuzlu “Nezavismaya qazeta” nəşri iki gün öncə Bakıda keçirilən Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclası haqqında belə yazıb.


Nəşr yazır ki, Ukrayna hadisələri ilə əlaqədar Rusiyaya qarşı Avropa Birliyi və ABŞ-ın sanksiyaları fonunda iki ölkənin əməkdaşlığı xeyirli gələcək vəd edir.

Məsələ ondadır ki, Rusiya BMD-də Azərbaycanın əsas ticarət partnyoru olaraq qalır. Misal üçün, ötən il iki ölkə arasında əmtəə dövriyyəsi 3,6 milyard dollardan çox olub. Bundan başqa, Azərbaycan Rusiyanın hərbi texnikalarının icracatçısıdır.


“ADEX-2014” sərgisində də Azərbaycan Rusiyanın hərbi məhsullarına maraq göstərdi.


“Rosoboroneksport” Səhmdar Cəmiyyətinin baş direktorunun marketinq üzrə müavini Sergey Qoreslavskonun sözlərinə görə, Azərbaycan Ka-52 (“Alliqator”) kəşfiyyat-zərbə vertolyotuna maraq göstərib.


“Azərbaycanın bu texnikaya faktiki marağı bizim üçün xoşdur. Artıq bu ölkənin Mi-35M vertolyotu və Mi-15v-5 nəqliyyat-döyüş vertolyotu var. Ka-52 bu şəraitdə daha da effektivlik əlavə edəcək”, - deyə o bildirib.


Azərbaycan Cənubi Qafqazda Moskvanın əsas partnyoru ola bilər. NQ hesab edir ki, Moskva bunun baş tutması üçün çalışmalıdır. Əks təqdirdə, regionunda güc balansı pozulacaq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm