Nida.az
Rəsul Quliyevin yeni layihəsinin rəhbəri bəlli oldu- Açıqlama
Gələcək Azərbaycan Partiyasının (GAP) sədrinin kim olması müəyyən
olub. GAP Təşkilat Komitəsinin sədri Ağasif Şakiroğlu Publika.Az -a açıqlamasında bildirib ki, onlar
sədr kimi Pərviz Kələntərlini görmək istəyirmişlər: “O, Türkiyədə
təhsil alıb, kifayət qədər siyasi savadı var. Əvvəlcə həmsədrlik,
ya da sədrlik institutunun olmasını təklif etdik, lakin sonradan
sədrlik institutu üzərində dayandıq. Pərviz bəylə də danışıqlar
aparırdıq. Lakin bizimlə birlikdə olmaq şərti ilə sədr olmağa razı
olmadı. Qurultayda da namizəd olmayacaq. O, sədrin müavini
statusunda fəaliyyətini davam etdirəcək”.
A. Şakiroğlu özünün sədr olmasına gəlincə, bildirib ki, belə bir
fikirlər var, hətta partiyanın təqdimat mərasimində də belə bir
fikir səsləndirilib: “Mən özümü digər partiya sədrlərindən
bacarıqsızlıq hesab etmirəm. Təşkilatlanma işi aparmaq,
universitetlərdə özəklər yaratmaq kimi bu günə qədər görülən işlər
mənim təşəbbüsüm və dostların köməkliyi ilə həyata keçirib. Mən
özümü heç də gücsüz hesab etmirəm. Amma namizədliyimi
verib-verməməyim məsələsinə gəldikdə bu təşkilat komitəsində
partiyanın təsisçilərinin istəyinə bağlıdır. Kim istəniləcəksə onun
da namizədliyini vermək qərarı veriləcək. İndiki proseslərdə mənim
namizədliyim təqdim edilib. Lakin bu hələ dəqiq deyil.
Təsisçilərdən birinin mövqeyi belədir, lakin hər kəsin mövqeyi,
fikirləri nəzərə alınacaq. Bu məsələ qurultaya 2 gün qalmış
razılaşdırılacaq. Ümumiyyətlə bu, bir saat, yaxud yarım saat içində
həll olunacaq məsələdir”.
GAP Təşkilat Komitəsinin sədri Milli Şuradan da onların partiyasına
qoşulanların olacağını bildirib. Onun sözlərinə görə, Milli Şuranın
üzvü Cəmil Hacıyev artıq GAP-dadır: “Bu normal haldır. Çünki Milli
Şurada fərdi üzvlük var. Misal üçün Müsavat Partiyası qurumdan
ayrılıb, lakin başqan müşaviri Tofiq Hüseynli qurumda qalıb.
Ümumiyyətlə demokratik düşərgədən bizim partiyaya keçənlər olacaq.
Lakin biz bununla bağlı mediada şou düzəltməyəcəyik. Çünki
toplananların yerini dəyişəndə cəm dəyişmir. Demokratik düşərgədən
bizim yanımıza gələnlər olanda biz arta onlarsa aza bilər, lakin
ümumi heç nə dəyişmir. Demokratik düşərgə bununla güclənmir. Sadəcə
olaraq biz daha çox siyasiləşməmiş narazı elektoratla
işləyəcəyik”.
A. Şakiroğlu iddia edib ki, hakim Yeni Azərbaycan Partiyasından
GAP-a keçənlərin sayı kifayət qədər olacaq. Onun sözlərinə görə,
YAP-dan onların partiyasına keçənlərlə bağlı mediada məlumatlar
veriləcək.
“Qarşıdakı aylarda şahidi olacaqsınız. YAP-dan sürətlə istefalar
olacaq və istefa verənlər GAP-a gələcək. Digər partiyalardan GAP-a
keçənlərlə bağlı şou düzəltməsək də, YAP-dan keçənlərlə bağlı
ictimaiyyətə məlumatlar veriləcək. yaxın zamanlarda
görəcəksiniz”-deyə GAP rəsmisi vurğulayıb.
Qeyd edək ki, GAP-ın adı həbsdə olan sabiq nazir Əli Həsənov, keçmiş deputat Hüseyn Abdullayev və hazırda Amerikada yaşayan eks-spiker Rəsul Quliyevlə bağlanır. Lakin A. Şakiroğlu belə olmadığını, bunu dəfələrlə təkzib etdiklərini bildirib.
Bu ehtimalların yaranmasına ən böyük səbəb isə A. Şakiroğlunun
R. Quliyevin Azərbaycanda rəsmi nümayəndəsi olmasıdır.
Asif
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK