Nida.az
Eldəniz Quliyev: “Eldar Namazovla aramı vurmaq istəyirlər”
“Eldar Namazovla mənim aramı vurmağa çalışırlar”.
“El” hərəkatının üzvü Eldəniz Quliyev Publika.az-a
açıqlamasında E. Namazovun onun məhkəməsində iştirak etməməsi haqda
yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, E. Namazov həmin vaxt xaricdə olub: “Sonra da
bəyanat verib. Eldar neynəməli idi ki? Mətbuatda bunu şişirdirlər,
sensasiya düzəldirlər. Amma belə deyil”.
E. Quliyev qeyd edib ki, onu müxalifətin aparıcı partiyaları
dəstəkləyib.
“Həm siyasi partiya rəhbərləri, həm ölkədə və xaricdə olan
soydaşlarımız kifayət qədər dəstək göstərdi. Bunu dansam, haqsız
olaram. “El”in də bəzi üzvləri məhkəmədə iştirak edirdi. Sadəcə
Eldar Namazov ölkədə yox idi. Amma məhkəmə zalında heç yer yox idi
oturmağa. Mən müdafiəmdən şikayətçi deyiləm. Siyasi partiyalardan
AXCP dəstək verdi, Əli Kərimli və Cəmil Həsənli məhkəmədə iştirak
edirdi. Əli Kərimli bütün vasitələrdən istifadə edib məni müdafiə
etdi. Müsavat üzvləri də orda idi. Müsavat başqanı İsa Qəmbər
bəyanat verdi, Arif Hacılı dəfələrlə zəng etdi. Lalə Şövkət dəstək
bəyanatı verdi”, - deyə o bildirib.
E. Quliyev əlavə edib ki, uman yerdən küsərlər.
“Bu prosesdə Əli Kərimli qabağa düşdü. Amma mən çox istəyərdim ki,
bu funksiyanı “El” hərəkatı öz üzərinə götürsün. Çünki hər-halda
mən “El”in təmsilçisiyəm”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO