Pakistanın yeni səfiri jurnalistlərlə görüşdü - FOTOLAR
Bizi izləyin

Nida.az

Pakistanın yeni səfiri jurnalistlərlə görüşdü - FOTOLAR

Pakistan biznesmenləri Azərbaycana gəlsin və burada olan imkanları görsünlər. Pakistanın əczaçılıq, tekstil sahələri çox güclüdür. Eyni zamanda idman məhsulların istehsalında da rəqabətliyik

Pakistanın Azərbaycana yeni təyin olunmuş səfir Xalid Usman Qeysər bu gün bir qrup media nümayəndəsi ilə görüş keçirib.

Publika.Az-ın məlumatına görə, görüş zamanı çıxış edən səfir Azərbaycanda olmaqdan şad olduğunu bildirib. Diplomat deyib: “Mən prezident İlham Əliyevlə görüşəndə də qeyd etdim ki, Azərbaycan, Türkiyə və Pakistan üç fərqli ölkə olsa da, xalqlarımız birdir. Görüşdə cənab prezidentə söylədim ki, siyasi əlaqələrimizin səviyyəsi çox yüksəkdir, iqtisadi əlaqələri də bu səviyyəyə qaldırmaq lazımdır. Onu da deyim ki, prezident İlham Əliyev Pakistanda çox böyük nüfuza və hörmətə malikdir”.

Ölkəsinin Kəşmir və Azərbaycanın Dağlıq Qarabağ məsələləri arasında oxşarlığa da toxunan X.U.Qeysər bildirib: “Kəşmir və Dağlıq Qarabağ qanunsuz işğal olunub. Digər oxşarlıq isə ondan ibarətdir ki, bu məsələlərdə insan haqları, beynəlxalq hüquqları pozulub, BMT Təhlükəsizlik Şurasının qətnamələrin icra olunmayıb. Həmçinin işğal olunmuş ərazilərimizdə demoqrafik dəyişikliklər edilib. Kəşmirdə davamlı olaraq insan hüquqları pozulur, minlərlə insan girov götürülüb və ya itkin düşüb. Bütün beynəlxalq təşkilatlar bu barədə xəbərdardılar, amma heç kim bir söz demir.

Pakistan və Hindistan güclü ordulara malik olmasına baxmayaraq, Kəşmir məsələnin hərbi yolla həll olunması mümkün deyil. Pakistan çox çalışdı ki, Hindistanı danışıqlara cəlb edə bilsin”.

Səfir Azərbaycan ilə Pakistan arasında iqtisadi əlaqələrin vəziyyətini də şərh edib. Diplomat prezident İlham Əliyevlə görüşündə Azərbaycan-Pakistan birgə istehsalat müəssisənin təsis edilməsi, qarşılıqlı sərmayələrin yatırılması məsələlərinin də müzakirə olunduğunu söyləyib: “İstəyirik ki, Pakistan biznesmenləri Azərbaycana gəlsin və burada olan imkanları görsünlər. Pakistanın əczaçılıq, tekstil sahələri çox güclüdür. Eyni zamanda idman məhsulların istehsalında da rəqabətliyik. Gələn il Bakıda Avropa Olimpiya Oyunları keçiriləcək. Çalışaram ki, Pakistan biznesmenləri bu sahəyə cəlb edim.

Bundan əlavə, iki ölkə arasında birbaşa aviareyslərin açılması məsələsi də vacibdir. Hazırda Pakistan Aviaşirkəti belə reyslərin icra etmək imkanlarına malik deyil. Təklifimiz var ki, “Turkish Airlines” aviaşirkəti İstanbul-Bakı-İslamabad reyslərinə başlasın”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm