• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Bu ölkə uçurumdadır”- Milli Məclisdən parad keçirməyə pul tapmayan Ermənistana proqnoz

  • Nida.az
  • 17 Sentyabr 2014 14:43
  • 498 Baxış
“Bu ölkə uçurumdadır”- Milli Məclisdən parad keçirməyə pul tapmayan Ermənistana proqnoz

Ermənistan sentyabrın 21-də müstəqillik günü ilə bağlı hərbi parad keçirməkdən imtina edib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arçurun Ovanisyan erməni mediasına açıqlamasında deyib ki, parad üçün xeyli vəsait lazımdır.

“Hərbi paradlar üçün büdcədən vəsait ayırmaq lazımdır. Bu da xeyli vəsait deməkdir. Bu il hərbi paradın keçirilməsi üçün büdcədən vəsait ayrılmayıb”, - deyə o bildirib.

Ermənistanın düşdüyü vəziyyəti şərh edən Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Siyavuş Novruzov Publika.az-a açıqlamasında deyib ki, bu təəccüblü deyil: “Ermənistanın büdcəsi MDB məkanında ən az büdcədir. Faktiki olaraq, bu ölkə səfalət içindədir. Azərbaycan torpaqlarının işğal etmələri onlara baha başa gəldi. Çünki Azərbaycanın uğurlu siyasəti nəticəsində Ermənistanın regionun bütün beynəlxalq layihələrindən kənarda qaldı. Bu gün sadə ermənilər aclıqdan, harınlamış ölkə rəhbərliyindən bezərək ölkəni tərk edir. Belə bir vəziyyətdə onlar pulu hardan tapıb parad keçirsinlər ki?”


S. Novruzov qeyd edib ki, Ermənistan kənar ianələr hesabına güclə ayaq üstə dayanıb. Onun sözlərinə görə, erməni ordusu da bu ianələrin, payların hesabına saxlanılır.


“Ermənistanın hərbi-texnikası da olduqca köhnədir. Pul tapıb yeni texnikalar ala bilməyiblər. Yalnız erməni diasporunun verdiyi pul və kənardan “artıq pay” kimi verilən texnika hesabına ordunu qurublar. Rusun köhnə texnikalarını təmizləyib istifadə edirlər. Hansı ki, onların çoxunun istifadə vaxtı keçib. Köhnə texnika ilə parad keçirməyin biabırçılıq olduğunu yaxşı bilirlər. Ona görə də bütün bəhanələrlə paraddan yayınırlar”, - deyə komitə üzvü bildirib.

S. Novruzov bildirib ki, Ermənistan ordusu ilə güclü Azərbaycan ordusu arasında müqayisəyəgəlməz fərq var. Azərbaycan hərbi büdcəsinin Ermənistan büdcəsindən çox olduğunu deyən komitə üzvü vurğulayıb ki, Ermənistan uçuruma gedir: “İstər ordu, istər iqtisadiyyat, istərsə də ölkədəki siyasi münasibətlər uçurumun önündədir. Yalnız kənardan verilən dəstək hesabına uçuruma yuvarlanmır. Amma bu ölkəni bərbad gələcək gözləyir. Bir tərəfdən, Azərbaycan öz torpaqlarının geri qaytaracaq, digər tərəfdən, ölkədəki səfalətdən qaçan əhalinin sayı artdıqca Ermənistan boşalacaq”.


S. Novruzov Azərbaycan torpaqlarının azad olunmasının uzaq gələcəkdə olmadığını bildirib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR