Nida.az
Müxalifətdə yeni siyasi ittifaq yarandı
Azərbaycan Milli İstiqlal, Klassik Xalq Cəbhəsi, Azad Demokrat, Azərbaycan Liberal partiyaları yeni ittifaq yaradırlar.
Publika.az-a açıqlamasında bu barədə AMİP sədri
Yusif Bağırzadə məlumat verib.
Onun sözlərinə görə, ittifaqın adı “Avropa seçimi” olacaq.
“Hər bir partiyada daxili müzakirələr gedəndən sonra dəqiq qərar
veriləcək. Yaxınlarda KXCP Ali Məclisində sözügedən məsələ müzakirə
olunacaq. İttifaqı yaratmaqda məqsəd Azərbaycanın Avropaya
inteqrasiyasını daha da intensivləşdirməkdir. 4 partiyanın
hamısının nizamnaməsində Azərbaycanın Avropaya yaxınlaşmaq modeli
var. İttifaqda lokomotiv rolunu AMİP oynayacaq. Çünki bizim Avropa
təşkilatları ilə çox sıx əlaqələrimiz var”.
Sözügedən partiyaların Demokratik Qüvvələr Birliyində təmsil
olunduğunu xatırladan Y. Bağırzadə qeyd edib ki, qurum iclasları
yay aylarında təxirə salınıb: “Sülhəddin Əkbər Azad Demokrat
Partiyasının yaranması və qeydiyyatı ilə məşğul olduğundan DQB-nin
iclasları bir qədər ləngiyirdi.
Ramazan ayı və istilərin də təsiri oldu. Fikrimiz var ki, yaxın günlərdə bu fəaliyyətimizi bərpa edək. Qurumu yaradanda fikirləşdik ki, siyasi təşkilatlarla əməkdaşlıq edək, əgər bu, davamlı olarsa, əməkdaşlıqdan tərəfdaşlığa keçək. Tərəfdaşlıqdan sonra isə strateji müttəfiqlik etmək istəyirdik. DQB-də bütün siyasi təşkilatların rəhbərləri ilə görüşümüz oldu. Qərara aldıq ki, qurum çərçivəsində əməkdaşlıqdan tərəfdaşlığa keçilə bilər”.
Asif
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ