Gürcüstanda təşkil olunacaq “Diplomatlar Məktəbi”ndə Azərbaycan da təmsil olunacaq
Bizi izləyin

Nida.az

Gürcüstanda təşkil olunacaq “Diplomatlar Məktəbi”ndə Azərbaycan da təmsil olunacaq

Gürcüstanda 3-cü dəfə “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının tərəfdaşı olduğu “Qara Dəniz Gənc Diplomatlar Məktəbi” öz işinə başlayacaq.

Bu barədə Publika.az-a təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Qlobal Cəmiyyət Qurucuları Cəmiyyətinin təşkilatçılığı, Gürcüstanın Gənclər və İdman Nazirliyinin, Tbilisi Dövlət Universitetinin dəstəyi ilə keçirilən tədbir 18-28 sentyabr tarixində Gürcüstanın Cvari şəhərində baş tutacaq.

Azərbaycan, Ukrayna, Türkiyə, Moldova, Litva, Latviya, Gürcüstan və Estoniyanın qatıldığı “Gənc Diplomatlar Məktəbi”ndə bu ölkələrin ali məktəblərinin politologiya, beynəlxalq münasibətlər və hüquq üzrə təhsil alan tələbələri iştirak edəcək. Bir həftə ərzində onlar üçün Gürcüstan hökumətinin rəsmi şəxsləri, o cümlədən Gürcüstanda fəaliyyət göstərən səfirlik nümayəndələri tərəfindən müxtəlif mövzularda seminarlar keçiriləcək.

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı bu layihədə azərbaycanlı iştirakçılarının seçimini və layihədə iştirakını təmin edir.

Seçim nəticəsində Azərbaycanı təmsil edəcək 5 nəfər iştirakçı müəyyən edilib.

Məktəbin işində həmçinin Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi iştirak edəcək.

Xatırladaq ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2012-ci ildə 27 ölkəni təmsil edən gənclər tərəfindən Bakıda təsis edilib.

Təşkilatın əsas hədəfi qədim ipək yolu üzərində yerləşən ölkələrin gəncləri arasında mədəni və humanitar mübadiləni təşkil etməkdir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm