Nida.az
Cəmil Həsənli Rəsul Quliyevin qarşısında susdu
Milli Şuranın sədri Cəmil Həsənli Rəsul Quliyevin onun haqqında
dediklərinə münasibət bildirməkdən imtina edib. Məsələ ilə bağlı
Publika.Az –n sualına cavabında C. Həsənli
bildirib ki, onun münasibəti yoxdur: “Bununla bağlı mənim
münasibətim yoxdur. Bu haqda danışmayacağam”.
R. Quliyev teleqraf.com-a müsahibəsində Cəmil Həsənlini9 yalan danışmaqda ittiham edib. Bildirib ki, hadisələrin baş verməsindən 4 ay keçməmiş yalan danışan adam 1 ildən sonra nələr deyəcək, özünüz təsəvvür edin.“18 avqust mitinqinin keçirilməsində məqsəd demokratik seçki tələbi ilə yanaşı, Rüstəm İbrahimbəyovun seçkidə iştirakına nail olmağın mümkünlüyünü yoxlamaq idi. Faktiki müxalifət mübarizə aparacaq, ya yox? Düşüncə çərçivəsinin darlığına ancaq heyran olmaq olar. Cəmil Həsənlinin dediklərindən belə məlum olur ki, bu mitinq Eldar Namazovla mənim mitinqim imiş, biz də onu təşkil edə bilməmişik. Mitinqin təşkili ilə AXCP-nin məşğul olduğunu böyük tarixçimiz unudub. 18 avqust mitinqi zəif alındı. “Prezident seçkisini 65 faizlə uddum” deyənin mitinqinə 3-4 min adamın gəlməsi karikatura deyilsə, nədir? Molla Nəsrəddin jurnalını açıb Əzimzadənin karikaturalarına baxın, orada yüz faiz belə qəhrəmanlara rast gələ bilərsiniz. Təəssüf ki, Cəmil müəllimin xeyirsiz bir insan olmasını başa düşməməyi bir tərəfə, ondan dağıdıcı bir qüvvə kimi istifadə edildiyini də anlamır. Bu adam anlamır ki, İctimai Palata çərçivəsində kövrək də olsa Xalq Cəbhəsi və Müsavat Partiyaları arasında yaranmış əlaqələri dağıtdı.
Mən onun seçki debatında artıq anektoda çevrilmiş çıxışlarından
da yaza bilərəm. Və ya bu günlərdə Rəsulzadənin yubileyi ilə
əlaqədar etdiyi bolişeviksayağı, heç bir fakta söykənməyən çıxışına
da fikir bildirə bilərəm. Ancaq ona bir məsləhətim var, o, artıq
müxalifətin əleyhinə edə biləcəyini edib, bundan artıq daha bir şey
edə bilməz. Milli Şuranın adını da anektoda çevirməsin, ya yenidən
Xalq Cəbhəsinə qayıtsın, ya da sakitləşib hakimiyyətin tərifinə
bir- iki yazı yazıb oturub, 2015-ci il parlament seçkilərini
gözləsin”-deyə eks-spiker bildirib.
Asif
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı