Türkiyə TANAP-ı ratifikasiya etdi: Bakı üçün tarixi an yaxınlaşır
Bizi izləyin

Nida.az

Türkiyə TANAP-ı ratifikasiya etdi: Bakı üçün tarixi an yaxınlaşır

Türkiyə TANAP layihəsi üzrə Azərbaycanla bağladığı memorandum anlaşmasını ratifikasiya edib.

Publika.az xəbər verir ki, memorandum bu il mayın 26-da Ankarada Türkiyənin energetika naziri Taner Yıldızla Azərbaycan energetika naziri Natiq Əliyev arasında imzalanıb.

Bu layihəyə görə, Azərbaycanın “Şahdəniz” yatağındakı təbii qazı Avropa bazarlarına çatdırılacaq.

Boru kəmərinin daşıma qabiliyyəti 16 milyard kubmetrdir. Onun 6 milyard kubmetri Türkiyənin qaz təchizatına sərf ediləcək. Qalan 10 milyardı Avropaya daşınacaq. Gələcəkdə boru kəmərinin daşıma qabiliyyəti 31 milyard kubmetrə qədər artırıla bilər.

Kəmərin inşasının 2018-ci ildə başa çatdırılması planlaşdırılır. Layihənin qiyməti 10-11 milyard dollar arası qiymətləndirilir.

Qeyd edək ki, sentyabrın 20-nə planlaşdırılan təməlqoyma mərasiminə Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın və bp-nin İtaliya, Yunanıstan və Bolqarıstan rəhbərliyində lobbiçiliyini etmiş Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin qatılacağı gözlənilir.

Bu layihə Azərbaycan üçün iqtisadi inkişafın yeni mərhələsi, həmçinin Avropa Birliyi ilə Bakının sıx tellərlə bağlanması deməkdir.

Digər tərəfdən, Avropanın Rusiya qazından xilasının ilkin mərhələsidir.


İndi əsas məsələ Türkmənistanı razı salmaqdır ki, bu bir qədər çətin görünür.

Halbuki Türkmən qazının TANAP-a qoşulması üçün Türkmənistanın Qərb sahilindən Azərbaycanın Şərq sahilinə qədər olan Xəzərin dayaz olan yeri ilə 270 kilometr uzunluğunda boru kəməri çəkilməlidir. Aşqabadı buna inandırmaq işini Bakı öz üzərinə götürüb.


Lakin Xəzərin dibi ilə qaz kəmərinin tikintisi üçün dənizin bütün ölkələrinin razılığı tələb olunur, həmçinin Rusiyanın. Hansı ki, Moskva türkmən qazının idxal və tranzitini həyata keçirir.


Qərb bütün vasitələrdən istifadə etməyə hazırdır ki, Aşqabad buna razılaşsın. Xüsusilə, Ukrayna böhranından sonra bu aktuallaşıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm