“Qafqazdan qadınların Suriyaya hicrəti” - İŞİD-dən ŞOK AÇIQLAMALAR
Bizi izləyin

Nida.az

“Qafqazdan qadınların Suriyaya hicrəti” - İŞİD-dən ŞOK AÇIQLAMALAR

İŞİD-ə yaxın internet saytlarında Merdjo Zəlimxan imzası ilə “Qafqazdan qadınların hicrəti” başlığı ilə məqalə yayılıb.


Publika.az xəbər verir ki, məqalədə bildirilir ki, “bizdən bəzən soruşulur ki, Qafqazdan da qadınlar hicrət edirmi?”

“Bu soruşanların bəziləri deyir ki, Qafqazda insanların çoxu təlaşdadır. Çünki rəsmi məlumatlar azdır. Qeyri-rəsmi məlumatlarsa bir qədər qarışıqdır. Bəziləri deyir ki, qadınlar Suriyaya cihada getməyə tələsmirlər, bəziləri isə çoxdan getdiklərini deyir. Biz bu qarışıq məlumatlara aydınlıq gətirmək istəyirik.

Allahın şəriətində əsas məsələlərdən biri də hicrətdir. Əgər sizə təzyiq edirlərsə, sizə Allahın dininə əməl etməyə imkan vermirlərsə, Allahın torpaqları genişdir, köçün gedin, yəni hicrət edin.

Qadınlar kişilərdən daha zəif olduğu üçün daha tez hədəf olurlar. İslam alimləri arasında qadınların hicrəti haqqında heç bir fikir ayrılığı yoxdur. Hicrət sizə Allahın dinini harda yerinə yetirə biləcəksinizsə, ora olmalıdır”, -deyə məqalədə bildirilir.


Qeyd olunur ki, qadınların hicrəti iki cürdür: “Biri gənc qızlardır ki, onlar ailəli deyillər. Onlara qarşı əsas təzyiq valideynləri tərəfindən olur. Digərləri, evli olanlardır. Onlara qarşı təzyiq bəzən ərləri, bəzən də ərinin valideynləri tərəfindən olur. Amma hər iki halda hicrət vacib əməldir”.


Müəllif yazır ki, Suriya cihadında qadınların iştirakı haqqında bəzən alimlər, bəzən də mücahidlər qeyri-dəqiq məlumatlar verirlər.


“Alimlər Suriyadan uzaqdadır, onlar dəqiq deyə bilməz. Mücahidlərin dedikləri də qeyri-dəqiqdir. Amma bu gün Suriya cihadında qadınlar aktiv şəkildə iştirak edirlər və Qafqazdan olan bacılar da onların arasındadır. Misal üçün, bu günlərdə Şəriət komitəsinin üzvü Aş-Şişani Abdunun “Bacılardan birinin Suriya hicrəti haqqında” adlı məqaləsində bu barədə danışılır. Həmin məqalədə deyilir ki, Suriyaya qadın və uşaqlar gəlirlər. Onlara azad olunmuş ərazilərdən torpaq sahələri verilir, əsl İslam ailə modelinə əməl edilir”.

Məqalədə bildirilir ki, bəzən Suriyada müharibə getdiyi üçün qadınların hicrəti qınanılır.


“Amma əgər onlara Allahın dininə əməl etmək üçün şərait yaradılmırsa, imkan vermirlərsə, biz onlara “hicrət etməyin” deyə bilmərik. Buna din icazə vermir. Biz İslam ölkəsini qurmuşuq və hər şey şəriət qanunlarına bağlıdır. Şəriəti bilənlər bizə bunu irad tutmaz”, - deyə qeyd olunur.


M. Zəlimxan bildirir ki, bu gün Suriya cihadında Qafqazdan iştirak edən qadınlar çoxdur: “Onlar əsasən ailəlidir və öz ərlərinin arxasınca gəlirlər. Biz onlara burda təhlükəsiz şərait yaradırıq”.


Qeyd edək ki, Azərbaycandan da Suriya cihadına qoşulan qadınlar var.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm