Nida.az
Asim Mollazadə müxalifətin konfransına niyə dəvət olunmadı?
Məlum olduğu kimi, sentyabrın 17-də Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında Siyasi Partiyaların Demokratiya və İnsan Haqqları Mərkəzi “Azərbaycanda demokratiyanın vəziyyəti” mövzusunda geniş konfrans keçirib.
Konfransda Müsavat, KXCP, Ümid, ADP və digər müxalifət partiyalarının təmsilçiləri iştirak edib.
Publika.az-ın məlumatına görə, konfransa hakim Yeni Azərbaycan Partiyası (YAP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) və digər siyasi partiyalar dəvət olunsa da, ancaq onlardan heç kəs tədbirə qatılmayıb.
Partiyalara dəvət isə Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin rəhbəri, Klassik Azərbaycan Xalq Cəbhəsinin (KXCP) sədri Mirmahmud Mirəlioğlu tərəfindən göndərilib.
Bundan əlavə, sözügedən konfransa Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə və digər bir neçə partiya rəhbərləri ümumiyyətlə dəvət olunmayıb.
Millət vəkili A.Mollazadə isə Publika.az-a açıqlamasında belə bir dəvətin onlara göndərilməməsini təsdiqləyib:
“O tədbirlə bağlı bizə heç bir dəvət göndərilməyib. Ümumiyyətlə, mən heç bir siyasi partiyanın da fəaliyyətini qiymətləndirmək istəmirəm. Hər bir partiyanın fəaliyyəti xalq tərəfindən qiymətləndirilir”.
Vasif Həsənli
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO