Nazik dodaqlar, geniş alın...- Arif Hacılı kimdir?- “Fizioqnomiya” testi
Bizi izləyin

Nida.az

Nazik dodaqlar, geniş alın...- Arif Hacılı kimdir?- “Fizioqnomiya” testi

Publika.az Müsavat başqanlığına seçkilərin aktuallığını nəzərə alaraq, 4 namizədin hər biri haqqında “Fizioqnomiya” testi və bədən dillərinin təhlilinin köməyi ilə xarakteristikasını təqdim edir.

Qeyd edək ki, üz kodlarına əsaslanan bu elm sayəsində hər bir insanın xarakterini açmaq mümkündür.

NLP Master Babək Bayramovla birlikdə Arif Hacılının “Fizioqnomiya” testini təqdim edirik:

Arayış: Arif Hacılı 1962-ci ildə Zaqatalanın Yuxarı Tala kəndində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1983-1988-ci illərdə Zaqatala rayon radiosunun redaktoru işləyib. 1990-95-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. Milli Azadlıq hərəkatının əsas simalarındandır. 1992-1993-cü illərdə Elçibəy hakimiyyətində Ərazi hakimiyyəti və İdarəetmə işləri üzrə Dövlət müşaviri işləyib. 1991-1992-ci illərdə AXC Ali Məclisinin sədri olub. Qarabağ döyüşlərində iştirak edib.

Müxtəlif dövrlərdə Müsavat başqanının təşkilati məsələlər üzrə müavini olub. 2006-cı ildən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, partiya yaranandan onun ali orqanı olan Divanın üzvüdür.

2014-cü il Müsavatın 8-ci qurultayında başqanlığa namizədliyini irəli sürüb.

Baş: Arif Hacılı başını çox zaman qarşıya doğru əyilmiş vəziyyətdə saxlayır ki, bu da onun inkişaf etmiş zəkasından xəbər verir.

Alın: Alnın geniş və qabarıq olması olduqca güclü xəyal qurma bacarığını bildirir. Bu isə liderlərdə vacib xüsusiyyətlərdən biridir. Alnın dördbucaqlı olması təvazökarlıq işarəsidir, hədsiz böyüklüyü isə tənbəlliyini büruzə verir. Alındakı qırışlara diqqət etdikdə “ziqzaq” şəkillərinin yarandığını görərik. Qırışların bu formada yaranması uğursuzluq əlamətidir.

Burun: Ağıza doğru meylli burun onun həssaslığından, burnun geniş dəlikləri isə çevikliyindən xəbər verir.

Gözlər: Şişmiş təsiri bağışlayan, göz bəbəyi böyük və ifadəsiz gözlər və məxsusi kipriklərin verdiyi məna, qısa ifadə edilərsə uyuşuq, enerjisiz, amma bu passivlik içində müşahidə qabiliyyəti də əskik olmayan tiplərdir. Bundan əlavə, bu tiplər böyük ehtimalla yumşaq xarakterli olurlar.

Dodaqlar: Nazik dodaqlara malik şəxslər, hiyləgər, eqoist, qəddar, başqalarını ələ salmağa meyilli, sirli, yalançı, istismarçı bir şəxsiyyəti büruzə verir.

Qulaqlar: Yastı qulaqların əsas əlamətləri, onların sahibinin tədbirli, soyuqqanlı, iradəli olmasını göstərir. Dar və uzun qulaqlar isə tamahkarlığı göstərir.

Çənə: Ətli çənənin demək istədikləri isə öz sahibinin ağıllı, həssas, eqoistliyidir.

Qeyd: Burada haqqında danışılan şəxsin qəbul etmədiyi məqamlar ola bilər. Qarşı tərəfin fikirlərini yayımlamağa hazırıq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm