Polad Bülbüloğlu: “Bizə təsir etmək istəyirlər”
Bizi izləyin

Nida.az

Polad Bülbüloğlu: “Bizə təsir etmək istəyirlər”

"Müxtəlif güclər, ölkələr bizə təsir etməyə çalışır, müxtəlif piar kampaniyalar aparılır. Amma biz bunu sakit qarşılayırıq. Çünki bizdə təzyiq işləmir”.


Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu İTAR-TASS-a açıqlamasında “Rusiya ilə əməkdaşlıq Azərbaycana çətinlik yarada bilərmi?” sualını cavablandırarkən deyib.


Səfir bildirib ki, Azərbaycanla Rusiya strateji partnyordur: “Biz 200 ildən çox bir yerdə yaşamışıq, böyük zəncirlərlə bir-birimizə bağlıyıq. Rusiyada böyük Azərbaycan diasporu fəaliyyət göstərir.

Bizim prezidentimiz peşəkar diplomatdır. Biz suveren siyasət yürüdürük”.

Ukrayna hadisələrinə toxunan səfir qeyd edib ki, bu, onların daxili işidir.


“Bakıda həmişə buna belə yanaşıblar. Ukraynada faktiki olaraq vətəndaş müharibəsi gedir. Hesab edirik ki, istənilən siyasi münaqişəni siyasi yolla, danışıqlar yolu ilə nizama salmaq lazımdır. Azərbaycan dövlətlərin ərazi bütövlüyünün tərəfdarıdır. Hesab edirik ki, II Dünya müharibəsindən sonra yaranmış dünya nizamını pozmaq olmaz”, - deyə P. Bülbüloğlu bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm