• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Regionçuluğa və saxtakarlığa “stavkalar” ortadan qalxmalıdı” - Başqanlığa namizəd

  • Nida.az
  • 18 Sentyabr 2014 15:47
  • 420 Baxış
“Regionçuluğa və saxtakarlığa “stavkalar” ortadan qalxmalıdı” - Başqanlığa namizəd

Müsavat Partiyası başqanlığına namizəd Səxavət Əlisoy qurultaydan sonra zəruri olan islahatları açıqlayıb.

Publika.az xəbər verir ki, S. Əlisoy özünün “facebook” səhifəsində bildirib ki, öncə qurultay nümayəndələrinin sayı 200, Məclis üzvlərinin sayı 50, Divan üzvlərinin sayı isə 11 nəfər müəyyən edilməlidir: “Belə olduğu halda qurultaya, Məclisə və Divana daha intellektual, püxtələşmiş, fədakar müsavatçılar seçilər. Regionçuluğa və saxtakarlığa “stavkalar” ortadan qalxar, qurultayın vaxtında keçirilməsində, Məclisin və Divanın fəaliyyətində, ən əsası rasional qərarların qəbulunda problem yaşanmaz”.

Onun sözlərinə görə, partiyada daimi fəaliyyətdə olan, 5-6 peşəkar mütəxəssisdən ibarət “Analitik qrup” beyin mərkəzi yaradılmalıdır: “Kadr seçimində populistlərə deyil, intellektuallara “stavka” edilməlidir. Bir müsavatçının partiyada iki vəzifə daşımasının qarşısı alınmalı, iki seçkidən artıq vəzifədə qalmaqda davam edən rayon təşkilatının sədrləri istefaya göndərilməlidir. Partiya rəhbərliyində Azərbaycanın bütün regionlarının və partiyada çoxluq təşkil edən etniklərin nümayəndələrinin təmsilçiliyi nəzərdə tutulmalıdır”.

S. Əlisoy təməl prinsiplərdən imtina edilməsinin müzakirəyə çıxarılmasını istəyib: “Partiyanın təməl prinsiplərindən ikisi - Millətçilik və Türkçülük müzakirəyə çıxarılmalı, çağdaş siyasi durumda liberal dəyərlərə verilən önəm, millətçiliyin bir partiyanın təməl prinsipi elan olunmasının mənfi və müsbət tərəfləri saf-çürük edilməlidir. “Müsavat Başqanı Türk oğlu Türk olmalıdır” başlıqlı statusla həm müsavatçıların, həm də ziyalılarımızın nəbzini yoxladım və qənaətim odur ki, bu məsələ müzakirə predmetidir.

Partiya 90-cı illərdən qalma populist şüarlardan imtina etməli, səmərəsiz siyasi aksiyalara son qoyulmalı, siyasi aksiyalar yalnız partiya imicinə müsbət təsir edəcəyi - real xalq dəstəyi olduğu zaman gündəmə gəlməli, qarşıdurma yaradan icazəsiz aksiyalar əvəzinə icazəli məkanlarda güc nümayiş etdirməyə nail olunmalıdır.
İşğaldakı torpaqlarımızın məsələsi daimi olaraq partiyanın gündəmində olmalı, mütəmadi olaraq dəyirmi masalar təşkil edilməli, Avropadakı mühacir müsavatçıların AŞPA və digər beynəlxalq qurumlar qarşısında bu problemin gündəmə gətirilməsi təmin edilməlidir”.

S. Əlisoy toplanan üzvlük haqlarının şəffaf olmasını tələb edib: “Partiyada tam şəffaf mühit bərqərar olunmalı, toplanan üzvlük haqları və ianələr barədə hər ay məlumat verilməli, partiya rəhbərliyində təmsil olunacaq şəxslər mal varlığı barədə cəmiyyəti məlumatlandırmalıdır.

Partiya öz fəaliyyətində yalnız və yalnız siyasi mübarizənin təkamül yolunu tutmalı, inqilab eyforiyasından uzaq dayanmalıdır.

Siyasi müttəfiqləri müəyyən edərkən, partiya rəhbərlərinin şəxsi münasibətləri yox, partiya maraqları önə çəkilməlidir.

Partiyada üzvlüklə yanaşı, tərəfdaşlıq institutu yaradılmalıdır.

Azərbaycanın qonşularla ikitərəfli münasibətlər qurmasını, Avropaya inteqrasiyasını xarici siyasətdə hər zaman olduğu kimi prioritet hesab etməlidir”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR