Əyləncəli, ağıllı, eqoist, tədbirli... Qubad İbadoğlu kimdir? - “Fizioqnomiya” testi
Bizi izləyin

Nida.az

Əyləncəli, ağıllı, eqoist, tədbirli... Qubad İbadoğlu kimdir? - “Fizioqnomiya” testi

Publika.az Müsavat başqanlığına seçkilərin aktuallığını nəzərə alaraq, 4 namizədin hər biri haqqında “Fizioqnomiya” testi və bədən dillərinin təhlilinin köməyi ilə xarakteristikasını təqdim edir.

Qeyd edək ki, üz kodlarına əsaslanan bu elm sayəsində hər bir insanın xarakterini açmaq mümkündür. NLP Master Babək Bayramovla birlikdə başqanlığa namizəd Qubad İbadoğlunun “Fizioqnomiya” testini təqdim edirik:

Arayış: Qubad İbadoğlu Bayramov 1971-ci ildə anadan olub. Orta məktəbi Bakıda, fizika-riyaziyyat təmayüllü 1-li internat məktəbdə bitirib. 1987-ci ildə fizika üzrə respublika olimpiadasının qalibi olub. Həmin il Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunub və 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini (fərqlənmə diplomu ilə) və 1996-cı ildə aspiranturasını bitirib. Namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, iqtisad elmləri namizədi adına layiq görülüb.

1999-2000-ci illərdə Varşavada Ali İqtisad Məktəbində, 2004-2005-ci illərdə Budapeştdə Mərkəzi Avropa Universitetində tədqiqatlar aparıb. 2008-2009-cü tədris ilində ABŞ-ın Kanzas və Şimali Karolina Universitetlərində ixtisasartırma kursları keçib və elmi tədqiqatla məşğul olub. 1995-1999-cu illərdə “Ekonomiks” iqtisad qəzetinin baş redaktoru olub. 2002-ci ildən İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinə sədrlik edir. 2007-ci ildən İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması Koalisiyasının əlaqələndiricisidir. 2008-ci ildə Ödədiyini Açıqla Beynəlxalq Koalisiyasının Strateji Məsləhət Qrupuna, 2009-cu ildə isə Qara Dəniz QHT Forumunun İdarə Heyətinə üzv seçilib.

Müsavat başqanının müşaviri vəzifəsində çalışıb.

Sentyabrın 12-də Müsavat başqanlığına namizədliyini irəli sürüb.
Bundan sonra həm partiyada, həm də QHT sektorunda tutduğu vəzifələrdən istefa verib.


Qubad İbadoğlu:

Baş: Başın önə doğru əyilməsi təkmilləşmiş zəkanın göstəricisidir.

Alın: Alnın enliliyinə diqqət edəriksə, çox ağıllı bir insan modeli ilə qarşı-qarşıya gəldiyimizi görərik. Tərs piramida forması isə melanxoliya, hiyləgərlik, yalançılıq, və eqoistliyə meyilliliyi göstərir.
Demək olar ki, qırışsız bir alın isə öz sahibinin əyləncəyə meyilli olduğunu bildirir.

Burun: Böyük buruna malik insanlar əsasən təkəbbürlü, şöhrətpərəst olurlar. Burunun enliliyi, öz sahibinin başqaları ilə ünsiyyətdə gözəl ahəng qurma bacarığının olmasını bildirir.

Gözlər: Böyük, yumru və geniş qapaqları olan gözlərin ağında kiçik qan damarları görünməkdədir. Gözün ağı isə xəstəliyi xatırladan, bəzən sarımtıl bir maye ilə örtülür. Bu tiplər tez hirslənsələr də, daha çox içində saxlayırlar, ancaq insan sevgisindən, daxili sevgidən məhrum deyillər.

Dodaqlar: Kənarları bilinən və yüngül ətli dodaqlar gözəl qəlbli, səmimi və əsasən pis vərdişlərdən çox yaxşı vərdişlərə meyilli olan tiplərdir.

Qulaqlar: Qulaqların dikliyi xəstəliyə meyilli olduqlarını göstərsə də, yastılığı sahiblərinin tədbirli, soyuqqanlı və iradəli olduqlarından xəbər verir.

Çənə: İrəli çıxmış çənə böyük ehtimalla sahibinin enerjili və iradə gücü yüksək, azad, alicənab, dürüst, inadkar və sərt olduğunu deyir.

Qeyd: Burada haqqında danışılan şəxsin qəbul etmədiyi məqamlar ola bilər. Qarşı tərəfin fikirlərini yayımlamağa hazırıq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm