Azərbaycan “yaşılları” Leyla Yunusa mükafat təklifindən xəbərsizdir
Bizi izləyin

Nida.az

Azərbaycan “yaşılları” Leyla Yunusa mükafat təklifindən xəbərsizdir

Avropa Parlamentinin Yaşıllar fraksiyası azərbaycanlı hüquq müdafiəçisi, hazırda həbsdə olan Leyla Yunusun “Saxarov” mükafatına namizədliyini irəli sürüb.

Lakin Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev bundan xəbərsiz olduğunu deyir.

Qeyd edək ki, Yaşıllar hərəkatı dünyada təbiətin qorunması istiqamətində fəaliyyət göstərir. Bu hərəkatın siyasi qolu olaraq Yaşıllar Partiyası yaranıb və dünyanın bir çox ölkəsində, eləcə də Azərbaycanda Yaşıllar Partiyası fəaliyyət göstərir. Bütün “yaşıllar” bir-biri ilə əlaqəli şəkildə işləyirlər.

M. Güləliyev isə Publika.az-a açıqlamasında onların “Yaşıllar"la əməkdaşlığı regionda yaşıllığın təbliği, eləcə də insan haqları ilə bağlıdır: “Amma bu mükafat məsələsi ilə bağlı bizə müraciət etməyiblər. Ona görə də dəstək verib, vermədiyini demək mümkün deyil. Noyabr ayında İstanbulda Yaşıllar partiyalarının konfransı keçiriləcək. Yəqin ki, orda bu məsələ qaldırılacaq. Amma hazırda bizim heç bir məlumatımız yoxdur”.

M. Güləliyev bildirib ki, onların qeydiyyatı olmadığı üçün Avropa Yaşıllar Fraksiyasında tam üzvlük haqqına sahib deyillər.

“Biz assosiativ üzv statusuna malikik. Əgər ölkədə qeydiyyatımız olsaydı, tam hüquqlu üzv olardıq və Qarabağdan tutmuş, digər məsələlərə qədər Azərbaycanın maraqlarını orda təmsil edə bilərdik”, - deyə partiya sədri bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm