Nida.az
YAP-ı kimlər kütləvi şəkildə tərk edəcək? - Cavab
“Rəsul Quliyev hələ bir partiya qursun, ondan sonra YAP-dan
kimlərinsə istefa verib ora gedəcəyi haqqında danışsın”.
Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin
müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az –a açıqlamasında Rəsul Quliyevə
bağlı olduğu deyilən Gələcək Azərbaycan Partiyasının (GAP) YAP-dan
istefaların olacağı və bu partiyaya keçəcəkləri haqqında
iddialarına münasibət bildirərkən deyib.
S. Novruzov bildirib ki, bunlar tamamilə əsassız iddialardır. Onun
sözlərinə görə, Rəsul Quliyev gündə bir partiya yaradır: “Gah bu
partiyadan o partiyaya keçir, gah ondan o birinə. Heç bir partiyası
da Azərbaycanda uğur qazana bilməyibdir. Əksinə, ya onun özünü
sədrlikdən uzaqlaşdırıblar, ya da partiyanın özü dağılıb. Hələ bir
partiya qursun, ondan sonra YAP-dan kimlərinsə istefa verib ora
gedəcəyini haqqında danışsın”.
YAP rəsmisi qeyd edib ki, onların partiyasından heç kəs istefa
verməyəcək: “YAP-dan heç kəs ora gedə bilməz. Çünki perspektivi
olan yerə gedərlər, perspektivi olmayan yerə heç kəs getməz.
Onların da perspektivi bitib”.
Qeyd edək ki, GAP-ın Təşkilat Komitəsinin sədri, R. QÜuliyevin
Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu iddia
edib ki, hakim Yeni Azərbaycan Partiyasından
GAP-a keçənlərin sayı kifayət qədər olacaq (http://publika.az/p/4279 ).
“Qarşıdakı aylarda şahidi olacaqsınız ki, YAP-dan sürətlə istefalar
olacaq və istefa verənlər GAP-a gələcək”-deyə o bildirib.
Asif
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub