• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Arif Hacılının Şimal səfərində İbadoğluya görə qalmaqal yaşanıb

  • Nida.az
  • 19 Sentyabr 2014 15:55
  • 445 Baxış
Arif Hacılının Şimal səfərində İbadoğluya görə qalmaqal yaşanıb

Müsavat başqanlığına namizəd Arif Hacılı Şimal bölgəsinə səfər edib.

Partiya fəallarından birinin Publika.az-a verdiyi məlumata görə, Xaçmaz, Dəvəçi və Siyəzəndə olan A. Hacılı qurultay nümayəndələri ilə görüşüb. Görüşdə 30-a yaxın qurultay nümayəndəsi iştirak edib.

İştirakçıların seçkidə A. Hacılıya dəstək verəcəklərini bəyan ediblər. Lakin A. Hacılı sentyabrın 2-də bölgəyə səfər etmiş Qubad İbadoğlunun görüşünə qatılan nümayəndələrə narazılığını bildirib. Partiya fəalı görüşdə buna görə müəyyən narazılığın yaşandığını bildirir.

Lakin sonda bütün nümayəndələr A. Hacılıya dəstək verəcəklərini açıq Şəkildə diqqətə çatdırıblar.

Qeyd edək ki, Müsavat başqanlığına namizəd Qubad İbadoğlu sentyabrın Xaçmaz rayonuna səfər edərək partiyanın rayon şöbəsində qeyri-rəsmi görüşlər keçirmişdi. Səfər zamanı onu Vurğun Əyyub və Adil Qeybulla müşayiət edib.

Onunla görüşdə bir neçə qurultay nümayəndəsi iştirak edib.

İddialara görə, Q. İbadoğlu rayon təşkilatlarında təsiri güclü olan A. Hacılının gücünü zəiflətmək istiqamətində iş aparır.

Qeyd edək ki, müsavatın qurultayı sentyabrın 27-nə təyin edilib. Avqustun 17-də start verilən seçki kampaniyasına sentyabrın 17-si son verilib. Hazırda başqanlığa 4 namizəd var.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR