“Azərbaycanla Rusiya arasında dostluq və qonşuluq münasibətləri mövcuddur” – FOTOLAR
Bizi izləyin

Nida.az

“Azərbaycanla Rusiya arasında dostluq və qonşuluq münasibətləri mövcuddur” – FOTOLAR

Rusiyada səfərdə olan Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi dörd nəfərlik nümayəndə heyəti bu gün Həştərxanda bu vilayətin yeni seçilmiş qubernatorunun andiçmə mərasimində iştirak edib.

Publika.az-ın məlumatına görə, Azərbaycan nümayəndə heyətinin tərkibinə PA-nın şöbə müdiri Ə.Həsənovla yanaşı, Milli Məclisin deputatları Siyavuş Novruzov və Adil Əliyev, Nərimanov rayon İcra Hakimiyyətinin Abdin Fərzəliyev daxildir.

Nümayəndə heyəti həmçinin bir sıra görüşlər də keçirib.

Görüşlərdə çıxış edən Ə.Həsənov Azərbaycan və Rusiya qonşuluq və dostluq münasibətlərinin səviyyəsindən danışıb.

Bildirib ki, iki ölkə arasında tarixə söykənən dostluq və qonşuluq münasibətləri mövcuddur.

Keçirilən görüşlərdə ölkələrimiz arasında əməkdaşlığın vacibliyi vurğulanıb.

Hazırda səfər davam edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm