Siyavuş Novruzov: “Milli Şura tövbə edəcək”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Milli Şura tövbə edəcək”

“Onların hamısı bir-biri özləri etiraf edirlər, uğursuzluqlatının bilavasitə dilə gətirirlər”.Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az –a açıqlamasında Rüstəm İbrahimbəyovun “prezident seçkilərinə qatılmağım Don Kixotluq idi” sözlərinə münasibət bildirərkən deyib.

S. Novruzov bildirib ki, Cəmil Həsənli də hər şeyi etiraf etdi: “Cəmil Həsənli də etiraf etdi ki, Milli Şura işləmədi. Əgər işləməyən bir qurumun namizədidirsə, niyə deyir ki, seçkilərdə qələbə qazandım. O, Eldar Namazova verdiyi cavabda bildirir ki, Milli Şuranın nə komissiyaları, nə mitinq komissiyası, nə də seçki qərargahı işlədi. Ümumiyyətlə işləyə bilmədilər. Bunların heç biri işləməyibsə, necə səs ala bilər. Özü dolayısı yola uğursuzluqlarını etiraf etdi”.

S. Novruzov qeyd edib ki, Milli Şurada olanların hamısı gələcəkdə tövbə edəcəklər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm