“Dövlətin əlinə baxmaq qəbahət deyil” – Sabir Rüstəmxanlıdan Kamil Vəliyə CAVAB
Bizi izləyin

Nida.az

“Dövlətin əlinə baxmaq qəbahət deyil” – Sabir Rüstəmxanlıdan Kamil Vəliyə CAVAB

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamil Vəli Nərimanoğlunun müxalifət partiyalarını “ələbaxan müxalifət” adlandırması barədə “Azadlıq” qəzetində yazdığı məqaləyə cavab verib.

Deputat S.Rüstəmxanlı Publika.az-a açıqlamasında deyib ki, Azərbaycanda bir sıra siyasi partiyalar qanuna uyğun olaraq dövlət tərəfindən maliyyələşir:

“Bu partiyaların heç biri hava ilə yaşamır. Azərbaycanda mövcud olan müxalifət partiyalarının bir hissəsi, Milli Məclisdə təmsil olunan partiyalar dövlətin əlinə baxır, bir hissəsi isə bəlli olmayan yad əllərdən maliyyələşir. Hələ bilmək olmaz, bəlkə də, həmin partiyalar düşmən əlinə baxır. Ona görə də siyasi partiyaların açıq şəkildə dövlətə bağlı olması və dövlətdən maliyyələşməsi, hər halda, mənbəyi bəlli olmayan yerlərdən maliyyələşməsindən daha doğru və faydalıdır. Digər tərəfdən isə, dövlətin əlinə baxmaq qəbahət deyil. Bu gün dünyanın hər yerində siyasi partiyalar dövlət tərəfindən maliyyələşir. Maddi baxımdan dövlətin əlinə baxmaq həmin partiyanın siyasi və mənəvi baxımdan ələ baxanlığı demək deyil. Bunları bir-birinə qarışdırmaq lazım deyil. Dövlətin əlinə baxmayan və guya müstəqil olanların biz sonradan hansı işlər çevirdiyini görmüşük.

Xatırladaq ki, bu gün "Azadlıq" qəzetində "Əl-müxalifət və əl müxalifəti" adlı yazı yazan Kamil Vəli Azərbaycanın müxalifət partiyaları arasından yalnız yazısı dərc olunan qəzetin faktiki sahibi Əli Kərimlini ayıraraq, digər partiya və qurumları təhqir edib.

O, müxalifət təmsilçiləri barədə aşağılayıcı və etikadan kənar ifadələr işlədib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm