Prezident bolqarıstanlı həmkarı ilə təkbətək görüşdü
Bizi izləyin

Nida.az

Prezident bolqarıstanlı həmkarı ilə təkbətək görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevnelievin təkbətək görüşü olub.

Publika.az AzərTac-a istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycanda “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasının beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyəti qeyd olunub. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin mövcud olduğu bildirildirib.

Söhbət zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm