Nida.az
Milli Məclisdən Avropa Parlamentinə kəskin etiraz
Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib.
AzərTAc xəbər verir ki, sədr Ziyafət Əsgərov əvvəlcə Milli Məclisin 2014-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə məlumat verib. Bildirilib ki, həmin dövrdə Milli Məclisin fəaliyyətində kifayət qədər fəal iştirak edən komitə tərəfindən 5 qanun layihəsi müzakirə edilərək plenar iclasa çıxarılıb.
Sonra komitə sədri gündəlikdə duran “Yanğın təhlükəsizliyi
haqqında” və “Hərbu qulluqçuların status haqqında” Azərbaycan
Respublikası qanunlarında dəyişikliklər edilməsi barədə qanun
layihələri ilə bağlı məlumat verib.
Qeyd edilib ki, “Yanğın təhlükəsizliyi haqqında” Qanuna edilən
dəyişikliklərin səbəbi sahibkarlıq sahəsində əsassız yoxlamaların
qarşısının alınmasıdır. Dəyişikliklər “Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının
müdafiəsi haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.
“Hərbi qulluqçuların statusu haqqında” Qanuna edilən dəyişiklər
barədə danışan Z.Əsgərov deyib ki, bu dəyişikliklər Miqrasiya
Məcəlləsinin tələblərinə uyğunlaşdırma xarakteri daşıyır.
Dəyişikliyə görə qanunun 23-cü maddəsinə üçüncü hissə əlavə olunur.
Əlavə olunan hissədə deyilir: “Azərbaycan Respublikasının Silahlı
Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi
qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların
köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının
hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror,
xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya
əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi
qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş
icazəsi olduqda Azərbaycandan gedə bilərlər”.
Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra komitə üzvləri Avropa Parlamentinin sentyabrın 18-də Azərbaycanla bağlı qəbul etdikləri qərəzli qətnaməyə münasibət bildiriblər.
Komitə sədrinin müavini Aydın Mirzəzadə təəssüflə qeyd edib ki, Avropa Parlamentində bir qrup deputat Azərbaycan əleyhinə təbliğat aparmaqla, ölkəmiz haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymaqla məşğuldurlar. Əslində onların fikirlərinin arxasında tamam başqa məqsədlərin durduğu aydındır. Azərbaycanın müstəqil daxili və xarici siyasət aparması nədənsə Avropa Parlamentinin bir qrup deputatının maraqlarına cavab vermir. Həmin deputatlar istəyirlər ki, Azərbaycan öz xarici siyasətini məhz onların diqtəsi ilə həyata keçirsin, müstəqilliyindən imtina etsin. Şübhəsiz ki, bu, beynəlxalq hüquq normalarına, diplomatiya qaydalarına uyğun bir məsələ deyil. Azərbaycan müstəqilliyini ona görə qazanmayıb ki, öz daxili, xarici siyasətini xarici qüvvələrin, fondların maraqlarına xidmət edən deputatların diqtəsi ilə müəyyən etsin.
Qeyd edilib ki, qətnamədə əks olunanlar heç bir həqiqəti əks etdirmir. Azərbaycanda demokratiya, azad internet var. Bu cür qətnamənin qəbul olunması Azərbaycana təzyiq vasitəsidir. Əlbəttə, bunlar heç bir zaman Azərbaycan cəmiyyəti tərəfindən qəbul oluna bilməz.
Deputatlar Zahid Oruc, Elman Məmmədov və Aqil Abbas da Avropa
Parlamentinin Azərbaycana olan qərəzli mövqeyini pisləyiblər.
Bildiriblər ki, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar
tez-tez ayrı-ayrı şəxslərin hüquqlarının müdafiəsinə qalxırlar.
Amma 20 ildən çoxdur ki, bir milyondan artıq azərbaycanlının
hüquqları təcavüzkar Ermənistan dövləti tərəfindən pozulur, lakin
nə Avropa Parlamenti, nə də digər təşkilatlar bununla bağlı heç bir
addım atmırlar.
Çıxışlara yekun vuran Milli Məclis sədrinin birinci müavini Ziyafət
Əsgərov deyib ki, bu qətnamənin ruhu başdan ayağa qərəz, böhtan və
yalandır. Avropa Parlamentinin 751 deputatından cəmi 46 nəfəri bu
qətnamənin hazırlanmasında və qəbulunda iştirak edib. Həmin 46
deputatdan 45-i isə heç Azərbaycanda olmayıb, ölkəmizdəki vəziyyəti
bilmir. Yalnız ayrı-ayrı müxalifət təşkilatlarının, özlərini guya
hüquq müdafiəçisi adlandıran insanların məruzələri əsasında necə
qətnamə qəbul etmək olar?! Buna görə də bu qətnamə tamamilə
əsassızdır və qeyri-obyektivdir.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO