Bakı-Ankara-Tehran-Moskva dördlüyü nəyi anladı -Təhlil
Bizi izləyin

Nida.az

Bakı-Ankara-Tehran-Moskva dördlüyü nəyi anladı -Təhlil

Ukraynada nüfuz uğrunda Qərb və Rusiyanın sərt mübarizəsi post-sovet ölkələrdən daha çox ən neytral ölkə Azərbaycana təsir edir. Bakı hazırkı vəziyyətdə daha çox Qərbdən uzaqlaşmaqla regionun böyük oyunçuları - Moskva, Tehran və Ankara ilə əməkdaşlığa üstünlük verir.


Publika.az xəbər verir ki, Rusiyanın “Vestik Kafkaz” saytı geosiyasi proseslər fonunda Azərbaycanın tutduğu siyasəti şərh edir.

Sayt yazır ki, Bakı Avropa Birliyi ilə Assosiativ Sazişi imzalamaqdan Ukrayna böhranından sonra imtina etdi. Azərbaycan hakimiyyəti Qərb fondlarının maliyyəni ölkədə nəyə yatırdıqlarını əla bilirdi və anlayırdı ki, Rusiya ilə münasibətlərdə risk etmək arzuolunmazdır.


Avromeydandan çıxan nəticələri görən Bakı Vaşinqtonun sevimlilər siyahısına girmədi. Təsadüfi deyil ki, Senat post-sovet məkanında müttəfiqləri arasında Gürcüstan, Ukrayna və Moldovanı görsə də, Azərbaycanın adını bura salmadı.


Buna paralel olaraq, Dmitri Roqozinin Bakı səfəri zamanı Bakı Qərbin Rusiyaya qarşı sanksiyalarını sərt şəkildə pislədi.

Baş nazirin müavini Yaqub Eyyubov “heç kim Rusiyanın sındıra bilməyəcək” açıqlamasını verdi, iki gün sonra Bakının Moskvadakı elçisi Polad Bülbüloğlu bəyan etdi ki, Qərb Moskva ilə əlaqələri kəsməsi üçün Azərbaycana təzyiq edir.


Sentyabrın 18-də Avropa Parlamentində qəbul edilən antiazərbaycan qətnamə faktiki olaraq bu təzyiqi aşkar şəkildə büruzə verir. Hansı ki, ölkədə “qərbçilər” vergidən boyun qaçırdıqları və casusluq şübhələri ilə həbs olunublar. Həmçinin, istintaq indiyə qədər aparılır və məhkəmə hələ hökm çıxarmayıb. Yəni nəticə haqqında indidən danışmaq tezdir.

Azərbaycan belə yanaşmanı daxili məsələlərə kobud müdaxilə hesab edir. Bakı avropalıların önünə hüququ pozulan bir milyon qaçqını fakt olaraq çıxardır.


Azərbaycana qarşı “insan hüquqları dəyənəyi” avropalıların əlində həmişə vasitə olub. Lakin son qətnamənin TANAP-ın imzalanması ərəfəsində irəli sürülməsi diqqət çəkir. Bəzi ekspertlər hesab edir ki, bu qətnamə nəinki Avropa Birliyinin mövqeyidir, daha çox erməni lobbi qrupları tərəfindən irəli sürülüb. Məqsəd də Avropa üçün əhəmiyyətli ölkəyə çevrilən Azərbaycanı “vurmaqdır”.


Ümumi fonda Bakının Qərblə saxladığı məsafəni bir qədər də artırdığı görünür. Lakin bununla Azərbaycan təkcə Şimala yox, cənuba da nəzərə salır. Bakının Tehranla münasibətləri Həsən Ruhaninin prezident seçilməsindən sonra yeni impuls aldı. Hazırda tərəflər yüksək vəzifəli nümayəndələrlə qarşılıqlı səfərlər edir. Vaxtilə hər iki ölkənin KİV-də hökm sürən qarşılıqlı ittiham mühiti yox olub. Azərbaycan prezidenti bu ilin aprelində İrana səfər etdi, yaxın müddətdə Həsən Ruhaninin də Bakıya gələcəyi gözlənilir.
Bir neçə gün öncə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Tehrana səfəri də bu qəbildəndir.


Bakı öz tarixi qardaşı Ankaranı da unutmur. Türkiyə əsasən Qərbin partnyorudur, NATO-nun tamhüquqlu üzvüdür. Lakin Ərdoğan Türkiyə və Azərbaycanın maraqlarında olduqca sərt mövqe nümayiş etdirir. Bu gün hər iki ölkənin əlaqələri regionda və dünyada qibtə ediləcək səviyyədədir. Bakı və Ankaranın sanki uzun müddətli strategiyası var və tərəflər bir-birinə münasibətdə bu çərçivələrdən çıxmadan, sanki bir dövlət kimi hərəkət edirlər.


Görünür, Əfqanıstan, İraq, Liviya və Ukrayna presedentləri Bakıda, Ankarada, Moskvada və Tehranda nəticələr çıxardı və onsuz da qeyri-sabit olan Qafqaz regionuna Qərbin müdaxiləsinə qarşı qəti fikir formalaşdırdı.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm