BMT Dağlıq Qarabağı müzakirə edəcək
Bizi izləyin

Nida.az

BMT Dağlıq Qarabağı müzakirə edəcək

Sentyabrın 19-da Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin (BMT BM) növbəti iclasında Baş Məclisin 69-cu sessiyasının gündəliyinə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” bənd daxil edilib.

Publika.az AzərTAc-a istinadən xəbər verir ki, bu bənd əvvəlcə Azərbaycanın təşəbbüsü və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin dəstəyi ilə BMT BM-nin 54-cü sessiyasının daxil edilib. BMT BM bu bəndlə əlaqədar, artıq iki qətnamə - 2006-cı ildə 60/285 və 2008-ci ildə 62/243 nömrəli qətnamələr qəbul edib.

Həmin qətnamələrdə Baş Məclis Azərbaycanın işğal olunmuş ərazilərində yanğınlarla əlaqədar narahatlığını bildirir, Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində onun suverenliyinə hörmət bəslədiyini və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir.

Qeyd etmək lazımdır ki, Baş Məclisin 69-cu sessiyasının gündəliyi təsdiq edilərkən Ermənistanın BMT-dəki daimi nümayəndəsi Ermənistanın həmin bəndin 69-cu sessiyanın gündəliyinə daxil olunmasına dair konsensusa qoşulmadığını bəyan edib. Ermənistanın destruktiv mövqeyi Azərbaycan ərazilərinin işğal olunması faktını və suveren Azərbaycana qarşı təcavüz aktlarından, beynəlxalq hüququn uzun müddət pozulmasından irəli gələn məsuliyyəti inkar etməyin növbəti əyani nümunəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm