Joze Manuel Barrozu: “Cənub Qaz Dəhlizi” 21-ci əsrin müqaviləsi olacaq
Bizi izləyin

Nida.az

Joze Manuel Barrozu: “Cənub Qaz Dəhlizi” 21-ci əsrin müqaviləsi olacaq

“Cənub Qaz Dəhlizi” əsl geosiyasi layihədir və əminəm ki, o, XXI əsrin müqaviləsi olacaq. Trend xəbər verir ki, bu barədə şənbə günü Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində video müraciətində deyib.

O qeyd edib ki, bu gün Azərbaycan Avropaya neft idxalına mühüm töhfə verir. Barrozu əlavə edib: "Eyni zamanda biz “Cənub Qaz Dəhlizi”nə münasibətdə irəliləyiş hiss edirik".

Onun sözlərinə görə, bu gün Azərbaycan Avropa İttifaqına nə vaxtsa olduğundan daha yaxındır.

Barrozu bildirib: “Ölkə iqtisadiyyatı Avropa bazarlarına dərindən inteqrasiya olunub. Münasibətlərimiz daha hərtərəflidir. O əlavə edib ki, Aİ Azərbaycan ilə müxtəlif sahələrdə əlaqələrin daha da dərinləşməsinə cəhd göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm