Dövlət Departamenti: ABŞ BTC-nin inkişafında Azərbaycana göstərilmiş dəstəklə fəxr edir
Bizi izləyin

Nida.az

Dövlət Departamenti: ABŞ BTC-nin inkişafında Azərbaycana göstərilmiş dəstəklə fəxr edir

"Əsrin müqaviləsi"nin rolu iki onilliyin sınağına tab gətirən tarixi hadisədir. Bunu Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində ABŞ Dövlət Departamentinin nümayəndəsi Amos Xokstian deyib. Bu barədə Trend-in xüsusi müxbiri xəbər verir.

Diplomat deyib: "Bu gün “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun pay bölgüsü haqqında sazişin - “Əsrin müqaviləsi”nin imzalandığı andan 20 il ötür. Biz Birləşmiş Ştatlarda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inkişafında Azərbaycana göstərtilən dəstəkdə həlledici rol oynadığımıza görə qürur duyuruq".

Onun sözlərinə görə, Bill Klintondan başlamış Barak Obamaya qədər ABŞ prezidentləri bu layihənin möhkəm tərəfdarı olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm