Taner Yıldız: "Cənub Qaz Dəhlizi" və digər layihələr dünya əhəmiyyətlidir
Bizi izləyin

Nida.az

Taner Yıldız: "Cənub Qaz Dəhlizi" və digər layihələr dünya əhəmiyyətlidir

Azərbaycanın həyata keçirdiyi "Cənub Qaz Dəhlizi" layihəsi və digər layihələr dünya əhəmiyyətlidir. Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bu gün Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Azərbaycanın Türkiyə və digər ortaqları ilə həyata keçirdiyi enerji layihələri sadəcə regionda deyil, eyni zamanda, böyük bir coğrafiyada sülhün olmasına xidmət edəcək: "Çox istərdik ki, həyata keçirilən iqtisadi layihələrin əhəmiyyətini digər ölkələr də anlasın və səylərimizə ortaq olsunlar”.

Onun sözlərinə görə, bu gün dünyanın enerji sektorunda ciddi dəyişikliklər baş verir və enerji sahəsində yeni oyunçular meydana gəlir: "Bu gün dünyada baş verən bəzi siyasi dəyişikliklər enerji təhlükəsizliyi məsələsini daha da aktual edir”.

T.Yıldız deyib ki, Türkiyə dünyada enerji təhlükəsizliyi məsələsini nəzərə alaraq, enerji istehsalçısı, istehlakçısı və daşıyıcı ölkələrlə əlaqələrini daha da genişləndirməkdədir: "Bu gün bizim ortaq hədəflərimizdən biri də Xəzər hövzəsi və Yaxın Şərq qazının Avropaya çatdırılmasıdır".

Türkiyəli nazir TANAP-ın ən önəmli layihələrdən biri olduğunu deyib və gələcəkdə bir çox qaz qaynaqlarının bu layihəyə qoşulacağına ümidini ifadə edib: "Trans-Anadolu qaz boru kəməri (TANAP) Azərbaycan və Türkiyə arasında əlaqələrin möhkəmlənməsinə xidmət etməklə yanaşı, Avropa İttifaqı ölkələri ilə əlaqələrin möhkəmlənməsinə də təsir edəcək ciddi bir layihədir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm