Bob Dadli: Azərbaycanın enerji resursları dünya bazarları üçün strateji əhəmiyyətlidir
Bizi izləyin

Nida.az

Bob Dadli: Azərbaycanın enerji resursları dünya bazarları üçün strateji əhəmiyyətlidir

"Azərbaycanın enerji resursları onların ixracına ehtiyacı olan dünya bazarları üçün strateji əhəmiyyətə malikdir". Trend xəbər verir ki, bu barədə BP şirkətinin rəhbəri Bob Dadli şənbə günü Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan üçün də, enerji sənayesi üçün də böyük gündür: "Bu gün biz təkcə son iki onillik ərzindəki bütün uğurları qeyd etmirik, həmçinin Azərbaycanın enerji tarixinin növbəti mərhələsinə hazırlaşırıq”.

B.Dadli qeyd edib ki, milyonlarla istehlakçıya fayda gətirəcək və bütün marşrutu boyunca on minlərlə iş yeri yaradacaq iri uzunmüddətli layihə olan "Cənub Qaz Dəhlizi"nə 45 milyard dollardan artıq sərmayə qoyulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm