• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“The Hill”: “Azərbaycan nöqsanları olan digər ölkələrdən daha çox tənqid edilir”

  • Nida.az
  • 20 Sentyabr 2014 17:43
  • 427 Baxış
“The Hill”:  “Azərbaycan nöqsanları olan digər ölkələrdən daha çox tənqid edilir”

“Azərbaycan Avrasiyada kövrək geosiyasi tarazlığın axlanılmasında aparıcı oyunçudur. Bir şey anlamaq lazımdır ki, Qərbə etibarlı enerji partnyoru lazımdır. Hansı ki, bu partnyor Bakıdır. Amma Vaşinqton Azərbaycanı tənqid etməkdə səbirsizlik göstərir”.


Publika.az xəbər verir ki, bu barədə Amerikanın “The Hill” nəşri yazıb.


Nəşr qeyd edir ki, Azərbaycanda problemlər ola bilər, müxalifət zəif ola bilər, daha yaxşısını arzulamaq da olar: “Lakin buna baxmayaraq, Azərbaycan nöqsanları olan digər ölkələrdən daha çox tənqid edilir.

Ermənistanda dövlət quruluşun gözəgirən səhvlər fonunda Azərbaycanın çatışmazlıqlarını tez-tez vurğulamaq, dilə gətirmək doğru deyil. Halbuki, gözlərimizi bir az geniş açsaq, Ermənistanın Rusiya və İranın vassalı olmağa meylli olduğunu görə bilərik. Beynəlxalq hüquqda Azərbaycanın ərazisi olaraq tanınan Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən qeyri-qanuni tutulduğunu da unutmaq lazım deyil”.


Nəşr “Azadlıq” radiosunu da tənqid edib. Bildirib ki, bu radio Azərbaycanı tənqid etməkdə çempiondur.


“Orda fəaliyyət göstərən jurnalistləri gündəlik həyat tərzi baxımından anlamaq olar. Amma bu ABŞ-ın strateji maraqlarına ziddir”, -deyə nəşr vurğulayır.


“The Hill” Vaşinqtona Ərdoğanın qonşuları ilə “sıfır problem” siyasətini nümunə göstərir.


Asif Nərimanlı


Xəbər lenti

DAHA ÇOX XƏBƏR